İqtisadiyyat

İqtisadiyyat

“İqtisadiyyat” ixtisası üzrə təhsil alan tələbələr məzun olarkən aşağıdakı peşə kompetensiyalarına, bilik və bacarıqlara yiyələnir: 

  • İqtisadi nəzəriyyənin əsaslarını, müəssisə və fərd səviyyəsindəki davranışları, əsas sosial- iqtisadi göstəriciləri, problemləri və prosesləri bilir. Açıq iqtisadiyyatı təhlil edə bilmək va nəzəri modellerdən istifadə etməklə təkliflər irəli sürməyi bacarır. İqtisadi məlumatların təhlili və sistemləşdirilməsi üçün statistik bilikləri təhlil edərək proqnozlaşdırmanı bacarır. 
  • Mühasibatın, maliyyənin, biznesin idarə edilməsinin, marketinqin elmi-nəzəri və konseptual asaslarına dair baza biliklərə sahib olur. 
  • İqtisadi inkişafın ən vacib nəzəriyyələrini mənimsəyir, faktları və bu istiqamətdə mövcud siyasi baxışları tahlil edə bilir;  
  • Beynəlxalq iqtisadiyyat, beynəlxalq ticarat, beynəlxalq biznes, tədiyyə balansı və beynəlxalq maliyyə ilə bağlı biliklərə sahib olur,  müxtəlif ölkələrin iqtisadiyyatını müqayisəli şəkildə təhlil etməyi bacarır.  
  • Dövlət və özəl sektor tərəfindən həyata keçirilən beynəlxalq iqtisadi münasibətlərdə optimal qərar qəbul etmək prossesi və metodlarını bilir, iqtisadi diplomatiya yolu ilə bazar payını artırmaq və riskləri azaltmaq istiqamətində təkliflər hazırlamağı bacarır.

İxtisasın tədris qrafiki

Fənnin kodu 
Fənnin adı
Kreditlərin sayı
I kurs
Payız semestri
Rud101 Xarici dil 1 4
Tar140 Azərbaycan tarixi  6
Ceb260 Xətti cəbr və riyazi analiz  7
Eko200 Iqtisadiyyata giriş 3
Mmt020 Mülki müdafiə  3
Huq020 AR konstitusiyası və hüququn əsasları 2
Azd050 Azərbaycan dili və nitq mədəniyyəti 5
Yaz semestri
Rud102 Xarici dil 2 5
Eko040 Azərbaycan iqtisadiyyatı 5
Com140 İnformatika və kompüter texnologiyaları 5
Mak260 Makroiqtisadiyyat  6
Mik301 Mikroiqtisadiyyat 1 4
Sts070 Ehtimal nəzəriyyəsi və riyazi statistika 5
II kurs
Payız semestri
Mik302 Mikroiqtisadiyyat 2 3
Fel010 Fəlsəfə 4
Rud103 Xarici dil 3 4
Ekm091 Ekonometrika 1 4
Eko100 Ətraf mühitin iqtisadiyyatı 5
Muh320 Mühasibat uçotu 5
Mal280 Marketinq 5
Yaz semestri
Com170 İqtisadi informatika 5
Muh030 Audit  5
Sts240 Statistika 5
Mal270 Maliyyə 5
Eko390 İnsan resurslarının idarəedilməsi 4
Eko230 İşgüzar yazışmalar 3
Ekm092 Ekonometrika 2 3
III kurs
Payız semestri
Eko160 İqtisadi hüquq 5
Men290 Menecment 5
Eko150 İqtisadi fikir tarixi 5
Mal380 Vergilər və vergitutma 5
Mal330 Qiymət və qiymətləndirmə 5
Bim080 Dünya iqtisadiyyatı  5
Yaz semestri
Eko120 Firmanın iqtisadiyyatı 5
Mal050 Bank işi 5
Eko010 Aqrar iqtisadiyyat 5
Eko210 Iqtisadiyyatın tənzimlənməsi  5
Eko340 Sosial sahələrin iqtisadiyyatı  6
Eko478 Müəssisənin idarə olunması 4
VI kurs
Payız semestri
Eko467 İdarəetmə uçotu 5
Mal412 Pul, kredit və banklar 5
Eko470 İqtisadi təhlil 5
Eko310 Milli iqtisadiyyat 5
Bim060 Beynəlxalq iqtisadi münasibətlər 5
Eko479 Müəssisənin xarici iqtisadi fəaliyyəti 5
Yaz semestri
Tec111 Təcrübə 1 6
Tec112 Təcrübə 2 6
Tec113 Təcrübə 3 9
Bis110 Buraxılış işi 6
Yda110 Yekun Dövlət İmtahanı 3