İxtisaslar
Bakalavr
Magistratura
Doktorantura / Dissertantura
- Beynəlxalq münasibətlər
- Siyasi institutlar və sistemlər
- Siyasi nəzəriyyə

“ÜMUMİ FƏNLƏR” kafedrası 2025-ci ildən fəaliyyətə başlayıb və “Regionşünaslıq və iqtisadiyyat” fakültəsinin tərkibinə daxildir.
“Ümumi fənlər” kafedrası Bakı Avrasiya Universitetinin əsas tədris-elmi struktur vahidi olmaqla tədris, tədris-metodiki, təşkilati-metodiki, elmi-tədqiqat fəaliyyəti həyata keçirir.
Kafedra öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyası, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, diğər qanunvericilik aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin müəyyənləşdirdiyi normativ hüquqi aktlar, Universitetin Nizamnaməsi, Universitet Elmi Şurasının qərarı və rektorun əmr və sərəncamları əsasında qurur.
Kafedra aşağıdakı vəzifələri həyata keçirir:
Kafedranın professor-müəllim heyəti tərəfindən ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə fənlərin tədrisi həyata keçirilir.
Kafedra fəlsəfə doktoru proqramı üzrə doktoranturada “Siyasi elmlər” elm sahəsi üzrə doktorantura və dissertantura yolu ulə yüksək ixtisaslı elmi-pedaqoji kadr hazırlığını həyata keçirir. Kafedranın müvafiq elm sahəsi üzrə elmi potensialının rəhbərliyi ilə doktorant və dissertantlar tərəfindən siyasi elmlərin ən müasir və aktual problemləri üzrə elmi araşdırmalar aparılır, onların fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müəyyənləşdirilmiş dissertasiya mövzuları fundamental və tətbiq elmi tədqiqatları əhatə etməklə kafedranın elmi-tədqiqat işinin planına daxil edilir.
Kafedrada siyasi elmlərin müxtəlif problemləri üzrə elmi-tədqiqat işlərinin aparılması, dərslik, proqram və müxtəlif tədris vəsaitlərinin hazırlanması istiqamətində də işlər görülür. Eyni zamanda elmi seminar və müzakirələrin, simpozium və konfransların təşkili, tələbələrin tədqiqat işlərinə cəlb edilməsi əsas istiqamətlərdəndir.
Kafedranın professor-müəllim heyəti beynəlxalq və respublika səviyyəli simpozium və konfranslarda mütəmadi olaraq təmsil olunurlar.
Kafedrada beynəlxalq əlaqələr istiqamətində mühüm işlər görülür. Universitetin müxtəlif xarici ölkə ali təhsil müəssisələri ilə bağladığı beynəlxalq əməkdaşlıq proqramlarından müəllim və tələbə heyəti səmərəli istifadə edir.
Kafedraya tarix üzrə fəlsəfə doktoru dosent Sevil Şivəxan qızı Bəhrəmova tərəfindən rəhbərlik edilir.
Kafedranın ştat cədvəli onun peşə yönümündən asılı olaraq formalaşır və Rektor tərəfindən təsdiq olunmuş dərs yükünə əsasən hər il hazırlanır. Ştat cədvəli müəyyənləşdirilmiş qaydalara əsasən razılaşdırılır, Rektor tərəfindən təsdiq olunur.
| S/№ | Soyadı, adı, atasının adı | Vəzifəsi |
| 1 | Bəhrəmova Sevil Şivəxan | kafedra müdiri |
| 2 | İsmayılova Jalə Musa | dosent |
| 3 | Nağıyev Nizami Məhəmməd | baş müəllim |
| 4 | Zahirov Əfqan Həmidulla | baş müəllim |
| 5 | Adıgözəlova Məleykə Zahir | baş müəllim |
| 6 | Rzayev Rauf Nurəddin | müəllim |
| 7 | Qasımov Azər Əli | müəllim |
| 8 | Cəfərova Günel Natiq | müəllim |
| 9 | Həsənov Natiq Əmrah | baş müəllim |
| 10 | Hüseynova İmmi Əli | müəllim |
| 11 | Həsənova Sevda Zakir | baş müəllim |
| 12 | Rəhimov Mütəllim Qara | dosent |
| 13 | Həsənova Vüsalə Şahin | dosent |
| 14 | Mustafazadə Ayşən Rövşən | müəllim |
| 15 | Əskərli Aytac Rahim | müəllim |
| 16 | Muradzadə Vasif Almas | dosent |
| 17 | Kərbalayeva Amənə Eldar | müəllim |
| 18 | Ağasiyeva Yaqut Tahir | müəllim |
| 19 | Hüseyn Vaqif Pənah | müəllim |
| 20 | Mustafazadə Ayşən Rövşən | böyük laborant |