Kommersiya

Kommersiya

“Kommersiya” ixtisası üzrə təhsil alan tələbələr məzun olarkən aşağıdakı peşə kompetensiyalarına, bilik və bacarıqlara yiyələnir: 

  • -Kommersiya fəaliyyəti ilə məşğul olan müəssisələrin iqtisadi-sosial təhlili zamanı müxtəlif təhlil forma və metodlarından  istifadə etməyi
  • Kommersiya və qeyri-kommersiya təşkilatlarının maliyyə-təsərrüfat fəaliyyətini təhlil etməyi, qiymətləndirməyi və iqtisadi diaqnostikasını işləyib hazırlamağı
  • İxtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələrində,  təşkilatlarda,  müəssisələrdə,  şirkətlərdə və s.  işləməyi bacarmaq, sahibkarlıq fəaliyyətinin əsaslarını və peşəkarlıq səviyyəsində  sahibkarlığın xüsusiyyətlərini bilmək və idarəetmə məqsədləri üçün konkret nəticə çıxarmağı
  • Müxtəlif mülkiyyət münasibətlərinə mənsub təsərrüfat subyektlərinin iqtisadi-maliyyə vəziyyətini təhlil etməyi və araşdırmanın nəticələrinə istinad edərək konkret tövsiyələr planını işləyib hazırlamağı
  • Peşə fəaliyyətində İKT-dən istifadə etməyi
  • İxtisasla  bağlı  anlayış və terminlərin  mənasını  bilməyi və tətbiq etməyi
  • Müxtəlif təşkilati-hüquqi formalı kommersiya və qeyri-kommersiya təşkilatlarında kommersiya bölmələrinə və digər bölmələrə rəhbərlik etməyi
  • Qarşıya müəyyən vəzifələr qoymağı, onları həll etməkdə müvafiq metodları seçməyi və tətbiq etməyi bacarmağı
  • Kommersiya və qeyri-kommersiya təşkilatlarında kommersiya fəaliyyəti  ilə məsələlərin həllində müasir metodlardan istifadə etmək qabiliyyətinə
  • Qazanılmış bilik, bacarıq və vərdişlərə uyğun olaraq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ölkənin iqtisadi və sosial siyasətini həyata keçirən dövlət Strukturlarının müvafiq bölmələrində problemlərin həllində iştirak etməyə hazır olmağı.
  • Kommersiya fəaliyyəti sahəsində qanunvericiliyin tələblərinin pozulması hallarına qarşı müvafiq tədbirlər görmək qabiliyyətinə
  • İxtisasa uyğun informasiya və intellektual sistemlərin yaradılmasına, kompüterin fayl strukturunun yaradılmasına
  • İstehsal  fəaliyyətinin növünün və xarakterinin  dəyişməsinə psixoloji və praktiki cəhətdən hazır olmağı və konkret layihələrdə işləməyi bacarmağı
  • Kollektivdə öz həmkarları ilə birgə işləməyi, optimal qərarlar qəbul etməyi,  idarəetmə metodlarına yiyələnməyi
  • Kommersiya fəaliyyəti ilə bağlı olan müxtəlif hesabatları hazırlamaq və təqdim etmək bacarığına
  • Kommersiya informasiyasının toplanılması, işlənilməsi və sistemləşdirilməsini həyata keçirmək, onların həlli vasitələrini müəyyən etmək vərdişlərinə

İxtisasın tədris qrafiki

Fənnin kodu 
Fənnin adı
Kreditlərin sayı
I kurs
Payız semestri
End101 Xarici dil 1 4
Tar140 Azərbaycan tarixi  6
Com143 İnformasiya kommunikasiya texnologiyaları 5
Eko200 Iqtisadiyyata giriş 3
Met250 Multikulturalizmə giriş 2
Eko040 Azərbaycan iqtisadiyyatı 5
Azd050 Azərbaycan dili və nitq mədəniyyəti 5
Yaz semestri
End102 Xarici dil 2 5
Ceb260 Xətti cəbr və riyazi analiz  7
Mmt020 Mülki müdafiə  3
Mak260 Makroiqtisadiyyat  6
Mik301 Mikroiqtisadiyyat 1 4
Eko100 Ətraf mühitin iqtisadiyyatı 5
II kurs
Payız semestri
End103 Xarici dil 3 4
Sts070 Ehtimal nəzəriyyəsi və riyazi statistika 5
Ekm091 Ekonometrika 1 4
Muh320 Mühasibat uçotu 5
Mik302 Mikroiqtisadiyyat 2 3
Mal280 Marketinq 5
Eko390 İnsan resurslarının idarə edilməsi 4
Yaz semestri
Muh030 Audit  5
Fel010 Fəlsəfə 4
Ekm092 Ekonometrika 2 3
Com170 İqtisadi informatika 5
Sts240 Statistika 5
Mal270 Maliyyə 5
Eko230 İşgüzar yazışmalar 3
III kurs
Payız semestri
Kom074 Kommersiya fəaliyyətinin əsasları 6
Men290 Menecment 5
Kom077 Kommersiya danışıqları və yazışmalar 4
Mal380 Vergilər və vergitutma 5
Kom073 Ticarətin təşkili 5
Bim080 Dünya iqtisadiyyatı  5
Yaz semestri
Kom071 Kommersiya müəssisələrinin idarə edilməsi 5
Mal050 Bank işi 5
Eko027 Reklam 5
Eko210 Iqtisadiyyatın tənzimlənməsi  5
Kom076 Elektron ticarət 5
Kom072 İstehlak bazarının idarə edilməsi 5
VI kurs
Payız semestri
Eko120 Firmanın iqtisadiyyatı 5
Mal330 Qiymət və qiymətləndirmə 5
Kom078 İstehsal müəssisələrində kommersiya 5
Kom079 Beynəlxalq kommersiya fəaliyyəti 5
Bim060 Beynəlxalq iqtisadi münasibətlər 5
Kom075 Kommersiya fəaliyyətinin tədqiqi və proqnozlaşdırılması 5
Yaz semestri
Tec111 Təcrübə 1 6
Tec112 Təcrübə 2 6
Tec113 Təcrübə 3 9
Bis110 Buraxılış işi 6
Yda110 Yekun Dövlət İmtahanı 3