İxtisaslar
Bakalavr
Magistratura
Doktorantura / Dissertantura
- Beynəlxalq münasibətlər
- Siyasi institutlar və sistemlər
- Siyasi nəzəriyyə

“SOSİAL VƏ SİYASİ FƏNLƏR” kafedrası Bakı Avrasiya Universitetinin təsis edildiyi ilk vaxtlardan yaradılıb və müxtəlif illərdə fərqli adlar altında fəaliyyət göstərib. 04.07.2011-ci il tarixində “Regionşünaslıq və humanitar fənlər” kafedrasının bazasının əsasında “Regionşünaslıq və iqtisadiyyat” kafedrası yaradılmış, 26.07.2011-ci il tarixindən “Regionşünaslıq və tətbiqi elmlər” kafedrası adlandırılmışdır. 09.09.2013-cü il tarixində “Regionşünaslıq və tətbiqi elmlər” kafedrasının bazası əsasında “Regionşünaslıq” kafedrası yaradılmışdır. 03.06.2015-ci il tarixindən “Regionşünaslıq” kafedrası “Humanitar fənlər və regionşünaslıq” kafedrası adlanır. “Regionşünaslıq və iqtisadiyyat” fakültəsinin tərkibinə daxildir.
“Humanitar fənlər və regionşünaslıq” kafedrası Bakı Avrasiya Universitetinin əsas tədris-elmi struktur vahidi olmaqla tədris, tədris-metodiki, təşkilati-metodiki, elmi-tədqiqat fəaliyyəti həyata keçirir, “Regionşünaslıq və iqtisadiyyat” fakültəsinin “Regionşünaslıq (regionlar üzrə)”, “Beynəlxalq münasibətlər” və “Sosial iş” ixtisasları üzrə buraxılış kafedrasıdır.
Kafedra öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyası, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, diğər qanunvericilik aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin müəyyənləşdirdiyi normativ hüquqi aktlar, Universitetin Nizamnaməsi, Universitet Elmi Şurasının qərarı və rektorun əmr və sərəncamları əsasında qurur.
Kafedra aşağıdakı vəzifələri həyata keçirir:
Kafedranın professor-müəllim heyəti tərəfindən ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə fənlərin tədrisi həyata keçirilir.
Kafedra fəlsəfə doktoru proqramı üzrə doktoranturada “Siyasi elmlər” elm sahəsi üzrə doktorantura və dissertantura yolu ulə yüksək ixtisaslı elmi-pedaqoji kadr hazırlığını həyata keçirir. Kafedranın müvafiq elm sahəsi üzrə elmi potensialının rəhbərliyi ilə doktorant və dissertantlar tərəfindən siyasi elmlərin ən müasir və aktual problemləri üzrə elmi araşdırmalar aparılır, onların fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müəyyənləşdirilmiş dissertasiya mövzuları fundamental və tətbiq elmi tədqiqatları əhatə etməklə kafedranın elmi-tədqiqat işinin planına daxil edilir.
Kafedrada siyasi elmlərin müxtəlif problemləri üzrə elmi-tədqiqat işlərinin aparılması, dərslik, proqram və müxtəlif tədris vəsaitlərinin hazırlanması istiqamətində də işlər görülür. Eyni zamanda elmi seminar və müzakirələrin, simpozium və konfransların təşkili, tələbələrin tədqiqat işlərinə cəlb edilməsi əsas istiqamətlərdəndir.
Kafedranın professor-müəllim heyəti beynəlxalq və respublika səviyyəli simpozium və konfranslarda mütəmadi olaraq təmsil olunurlar.
Kafedrada beynəlxalq əlaqələr istiqamətində mühüm işlər görülür. Universitetin müxtəlif xarici ölkə ali təhsil müəssisələri ilə bağladığı beynəlxalq əməkdaşlıq proqramlarından müəllim və tələbə heyəti səmərəli istifadə edir.
Kafedraya tarix üzrə fəlsəfə doktoru dosent Aybəniz Vilayət qızı Rüstəmova tərəfindən rəhbərlik edilir.
Kafedranın ştat cədvəli onun peşə yönümündən asılı olaraq formalaşır və Rektor tərəfindən təsdiq olunmuş dərs yükünə əsasən hər il hazırlanır. Ştat cədvəli müəyyənləşdirilmiş qaydalara əsasən razılaşdırılır, Rektor tərəfindən təsdiq olunur.
| S/№ | Soyadı, adı, atasının adı | Vəzifəsi |
| 1 | Rüstəmova Aybəniz Vilayət qızı | kafedra müdiri |
| 2 | Cəfərli Məmməd Şəmsəddin oğlu | professor |
| 3 | Sadıqlı Pərinaz İslam qızı | dosent |
| 4 | Hüseyn Günay Pənah qızı | dosent |
| 5 | Durmazoğlu Nazilə Bəxtiyar qızı | baş müəllim |
| 6 | Əliyev Vüqar Arif oğlu | baş müəllim |
| 7 | Ağayev Roman Mətləb oğlu | baş müəllim |
| 8 | Miriyeva Aygün Cəmşid qızı | müəllim |
| 9 | Muradlı Əfsanə Zakir qızı | müəllim |
| 10 | İsmayılova Aygün Vilayət qızı | müəllim |
| 11 | Bayramzadə Nəzrin Habil qızı | müəllim |
| 12 | Nazar Aysu Əlikram qızı | müəllim |
| 13 | Abbasov Seymur Nurəddin oğlu | müəllim |
| 14 | Tamrazova Ulduz Çingiz qızı | müəllim |
| 15 | Nəzərova Afaq Fəxrəddin qızı | müəllim |
| 16 | Cəfərova Səidə Heybət qızı | müəllim |
| 17 | İsmayılova Lalə Musa qızı | müəllim |
| 18 | Vəliyeva Təranə Aqil qızı | müəllim |
| 19 | İbrahimova Gülzar İsaxan qızı | professor |
| 20 | Qasımov Səyavuş Kamran oğlu | dosent |
| 21 | Əliyeva Nigar Məlik qızı | baş müəllim |
| 22 | Əhmədova Aygül Mehman qızı | müəllim |
| 23 | Bəhmənli Ziya Firidun oğlu | baş müəllim |
| 24 | Sadıqova Qərənfil Feyzulla qızı | müəllim |
| 25 | Talıblı Sübhan Ələkbər oğlu | dosent |
| 26 | Babayeva-Şeker Zülfiyyə Həsən qızı | dosent |
| 27 | Məmmədova Rəna Oktaedr qızı | dosent |
| 28 | Niftəliyev Naib Əmrulla oğlu | müəllim |
| 29 | Garayeva Sümbül Sabir qızı | laborant |
| 30 | Hacızadə Fidan Novruz qızı | laborant |