“İqtisadiyyat və idarəetmə” kafedrası rektorun 09.09.2013-cü il tarixli K076-12/51 nömrəli əmri ilə “Riyaziyyat və iqtisadiyyat” kafedrası kimi yaradılmışdır. Strukturunda dəyişikliklərlə əlaqədar 2014/2015-ci tədris ilindən “İqtisadiyyat və riyaziyyat” kafedrası adlandırılmışdır. 2021/2022-ci tədris ilindən etibarən illik dərs yükünün həcminin artması ilə əlaqədar kafedra idarəetməsinin optimallaşdırılması məqsədilə Bakı Avrasiya Universitetinin Elmi Şurasının 24.09.2021-ci il tarixli qərarı (protokol № EŞ01-08/21) əsasında rektorun 27.09.2021-ci il tarixli K135-01/21 nömrəli əmri ilə riyazi, təbiət, texniki fənlər və kompüter, informasiya texnologiyaları ixtisas sahəsinə aid bütün ixtisas fənləri kafedranın tərkibindən çıxarılaraq bu bazada yeni yaradılmış “Riyaziyyat və İKT” kafedrasına verilmişdir. Struktur dəyişikliyi ilə əlaqədar olaraq kafedranın adı həmin tarixdən dəyişdirilərək “İqtisadiyyat və idarəetmə” kafedrası adlandırılmışdır. “Regionşünaslıq və iqtisadiyyat” fakültəsinin tərkibinə daxildir.
Kafedra Bakı Avrasiya Universitetinin əsas tədris-elmi struktur vahidi olmaqla tədris, tədris-metodiki, təşkilati-metodiki, elmi-tədqiqat fəaliyyətini həyata keçirir, “Regionşünaslıq və iqtisadiyyat” fakültəsinin “İqtisadiyyat”, “Maliyyə”, “Mühasibat”, “Dövlət və bələdiyyə idarəetməsi”, ”Biznesin idarə edilməsi”, “Turizm işinin təşkili”,”Marketinq”, “Kommersiya” ixtisasları üzrə buraxılış kafedrasıdır.
Kafedra öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyası, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, diğər qanunvericilik aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin müəyyənləşdirdiyi normativ hüquqi aktlar, Universitetin Nizamnaməsi, Universitet Elmi Şurasının qərarı və rektorun əmr və sərəncamları əsasında qurur.
Yazının davamı
Kafedra aşağıdakı vəzifələri həyata keçirir:
- bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş mühazirələrin, laboratoriya işlərinin, praktiki seminar və digər dərslərin yüksək elmi-nəzəri və metodiki səviyyədə aparılması;
- kurs və buraxılış işlərinə (layihələrinə), istehsalat və digər təcrübələrə, tələbələrin sərbəst dərslərinə rəhbərlik edilməsi;
- cari imtahanların keçirilməsi;
- dövlət imtahanlarının təşkili və keçirilməsi;
- təhsilalanlar arasında tərbiyə işinin təşkili;
- kafedrada tədris edilən fənlər üzrə tədris proqramlarının işlənib hazırlanması və müvafiq qaydada təsdiq üçün təqdim olunması, həmçinin digər kafedraların hazırladıqları tədris proqramlarına rəy verilməsi;
- dərslik, dərs vəsaitləri, metodiki rəhbərlik və göstərişlərin və əyani vəsaitlərin hazırlanması, rektorluğun (fakültənin) göstərişi ilə dərslik, dərs vəsaiti və tədris-metodiki ədəbiyyata rəy verilməsi;
- elmi tədqiqat işlərinin aparılması, tələbələrin elmi tədqiqat işlərinə rəhbərlik edilməsi;
- tamamlanmış elmi tədqiqat işlərinin müzakirəsi, onların istehsalata tətbiq edilməsi və nəşr edilməsi üçün rəy verilməsi;
- kafedra əməkdaşlarının tədris, elmi-metodiki və digər işlərinin fərdi planlarının hazırlanması və həyata keçirilməsi;
- respublikanın və xarici ölkələrin ali məktəblərinin ayrı-ayrı kafedralarının, professor-müəllim heyətinin qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması, gənc müəllimlərə pedaqoji təcrübə toplamaqda köməklik göstərilməsi;
- tədris prosesində müasir texniki vasitələrdən istifadə edilməsinə dair tədbirlər hazırlanıb həyata keçirilməsi;
- elmi-pedaqoji və elmi kadrların hazırlanması;
- kafedra əməkdaşlarının, həmçinin rektorluğun (fakültənin) tapşırığına əsasən digər iddiaçıların dissertasiyalarının müzakirə edilib rəy verilməsi;
- tədris texnologiyaları üzrə qabaqcıl təcrübənin öyrənilməsi və onlara elmi-texniki köməklik göstərilməsi məqsədi ilə müxtəlif müəssisə və təşkilatlarla əlaqələrin təşkil edilməsi;
- müxtəlif sahələrdə çalışan mütəxəssislərin ixtisaslarının artırılmasına köməklik göstərilməsi;
- ali təhsil müəssisəsinin məzunları ilə daim əlaqənin təşkil edilməsi;
- elmi biliklərin təbliğ edilməsi.
Kafedranın professor-müəllim heyəti tərəfindən ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə fənlərin tədrisi həyata keçirilir.
Kafedra fəlsəfə doktoru proqramı üzrə doktoranturada “İqtisad elmləri” elm sahəsi üzrə doktorantura və dissertantura yolu ulə yüksək ixtisaslı elmi-pedaqoji kadr hazırlığını həyata keçirir. Kafedranın müvafiq elm sahəsi üzrə elmi potensialının rəhbərliyi ilə doktorant və dissertantlar tərəfindən iqtisad elminin ən müasir və aktual problemləri üzrə elmi araşdırmalar aparılır, onların fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müəyyənləşdirilmiş dissertasiya mövzuları fundamental və tətbiq elmi tədqiqatları əhatə etməklə kafedranın elmi-tədqiqat işinin planına daxil edilir.
Kafedrada iqtisad elmlərinin problemləri üzrə elmi-tədqiqat işlərinin aparılması, dərslik, proqram və müxtəlif tədris vəsaitlərinin hazırlanması istiqamətində də işlər görülür. Eyni zamanda elmi seminar və müzakirələrin, simpozium və konfransların təşkili, tələbələrin tədqiqat işlərinə cəlb edilməsi əsas istiqamətlərdəndir.
Kafedranın professor-müəllim heyəti beynəlxalq və respublika səviyyəli simpozium və konfranslarda mütəmadi olaraq təmsil olunurlar.
Kafedrada beynəlxalq əlaqələr istiqamətində mühüm işlər görülür. Universitetin müxtəlif xarici ölkə ali təhsil müəssisələri ilə bağladığı beynəlxalq əməkdaşlıq proqramlarından müəllim və tələbə heyəti səmərəli istifadə edir.
Kafedraya iqtisad üzrə fəlsəfə doktoru Aslanova İlhamə Eybulla qızı tərəfindən rəhbərlik edilir.