Riyaziyyat və İKT kafedrası

Riyaziyyat və İKT kafedrası 

Image

     “Riyaziyyat və informasiya-kommunikasiya texnologiyaları (İKT)” kafedrası Bakı Avrasiya Universitetinin Elmi Şurasının 24.09.2021-ci il tarixli qərarı (protokol № EŞ01-08/21) əsasında rektorun 27.09.2021-ci il tarixli K135-01/21 nömrəli əmri ilə yaradılmışdır. “Regionşünaslıq və iqtisadiyyat” fakültəsinin tərkibinə daxildir.

       Kafedra Bakı Avrasiya Universitetinin əsas tədris-elmi struktur vahidi olmaqla tədris, tədris-metodiki, təşkilati-metodiki, elmi-tədqiqat fəaliyyətini həyata keçirir, “Regionşünaslıq və iqtisadiyyat” fakültəsinin “İnformasiya texnologiyaları” ixtisası üzrə buraxılış kafedrasıdır.

     Kafedra öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyası, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, diğər qanunvericilik aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və  Təhsil Nazirliyinin müəyyənləşdirdiyi normativ hüquqi aktlar, Universitetin Nizamnaməsi, Universitet Elmi Şurasının qərarı və rektorun əmr və sərəncamları əsasında qurur.

Yazının davamı

Kafedra aşağıdakı vəzifələri həyata keçirir:

  • bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş mühazirələrin, laboratoriya işlərinin, praktiki seminar və digər dərslərin yüksək elmi-nəzəri və metodiki səviyyədə aparılması;
  • kurs və buraxılış işlərinə (layihələrinə), istehsalat və digər təcrübələrə, tələbələrin sərbəst dərslərinə rəhbərlik edilməsi;
  • cari imtahanların keçirilməsi;
  • dövlət imtahanlarının təşkili və keçirilməsi;
  • təhsilalanlar arasında tərbiyə işinin təşkili;
  • kafedrada tədris edilən fənlər üzrə tədris proqramlarının işlənib hazırlanması və müvafiq qaydada təsdiq üçün təqdim olunması, həmçinin digər kafedraların hazırladıqları tədris proqramlarına rəy verilməsi;
  • dərslik, dərs vəsaitləri, metodiki rəhbərlik və göstərişlərin və əyani vəsaitlərin hazırlanması, rektorluğun (fakültənin) göstərişi ilə dərslik, dərs vəsaiti və tədris-metodiki ədəbiyyata rəy verilməsi;
  • elmi tədqiqat işlərinin aparılması, tələbələrin elmi tədqiqat işlərinə rəhbərlik edilməsi;
  • tamamlanmış elmi tədqiqat işlərinin müzakirəsi, onların istehsalata tətbiq edilməsi və nəşr edilməsi üçün rəy verilməsi;
  • kafedra əməkdaşlarının tədris, elmi-metodiki və digər işlərinin fərdi planlarının hazırlanması və həyata keçirilməsi;
  • respublikanın və xarici ölkələrin ali məktəblərinin ayrı-ayrı kafedralarının, professor-müəllim heyətinin qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması, gənc müəllimlərə pedaqoji təcrübə toplamaqda köməklik göstərilməsi;
  • tədris prosesində müasir texniki vasitələrdən istifadə edilməsinə dair tədbirlər hazırlanıb həyata keçirilməsi;
  • elmi-pedaqoji və elmi kadrların hazırlanması;
  • kafedra əməkdaşlarının, həmçinin rektorluğun (fakültənin) tapşırığına əsasən digər iddiaçıların dissertasiyalarının müzakirə edilib rəy verilməsi;
  • tədris texnologiyaları üzrə qabaqcıl təcrübənin öyrənilməsi və onlara elmi-texniki köməklik göstərilməsi məqsədi ilə müxtəlif müəssisə və təşkilatlarla əlaqələrin təşkil edilməsi;
  • müxtəlif sahələrdə çalışan mütəxəssislərin ixtisaslarının artırılmasına köməklik göstərilməsi;
  • ali təhsil müəssisəsinin məzunları ilə daim əlaqənin təşkil edilməsi;
  • elmi biliklərin təbliğ edilməsi.

     Kafedranın professor-müəllim heyəti tərəfindən ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələri  üzrə fənlərin tədrisi həyata keçirilir. Kafedrada riyazi, təbiət, texniki fənlər və kompüter, informasiya texnologiyaları ixtisas sahəsinə aid bütün ixtisas fənləri tədris olunur.

       Kafedrada elmi-tədqiqat işlərinin aparılması, dərslik, proqram və müxtəlif tədris vəsaitlərinin hazırlanması istiqamətində də işlər görülür. Eyni zamanda elmi seminar və müzakirələrin, simpozium və konfransların təşkili, tələbələrin tədqiqat işlərinə cəlb edilməsi əsas istiqamətlərdəndir. 

      Kafedranın professor-müəllim heyəti beynəlxalq və respublika səviyyəli simpozium və konfranslarda mütəmadi olaraq təmsil olunurlar. 

     Kafedrada beynəlxalq əlaqələr istiqamətində mühüm işlər görülür. Universitetin müxtəlif xarici ölkə ali təhsil müəssisələri ilə bağladığı beynəlxalq əməkdaşlıq proqramlarından müəllim və tələbə heyəti səmərəli istifadə edir. 

      Kafedraya fizika üzrə fəlsəfə doktoru, dosent Quliyeva Svetlana İbrahim qızı tərəfindən rəhbərlik edilir. 

İxtisaslar

Magistratura

  • İqtisadiyyat

Doktorantura / Dissertantura

Tədris olunan fənlər

Bakalavr

  • Alqoritmlər nəzəriyyəsi
  • Biznes riyaziyyatı
  • Bronlaşdırma sistemləri
  • Diferensial tənliklər
  • Diskret riyaziyyat
  • Ehtimal nəzəriyyəsi və riyazi statistika
  • Ekonometrika 
  • Əməliyyat sistemləri
  • Fizika
  • Hesablama təcrübələri
  • İKT-baza komputer bilikləri 
  • İnformasiya kommunikasiya texnologiyaları 
  • İnformasiya sistemləri
  • İnformasiya təhlükəsizliyi
  • İnformasiya texnologiyaları (ixtisas üzrə)
  • İnformasiya-analitik işin əsasları
  • İnformasiyanın idarə edilməsi
  • İnformatika
  • İnformatika və kompüter texnologiyaları
  • İnsan-kompüter interfeysi
  • İnsan-kompüter interfeysləri
  • İqtisadi informatika
  • İT layihələrin idarə edilməsi
  • Kompüter şəbəkələri
  • Kompüter tərcümə proqramları
  • Müasir İKT və informasiya təhlükəsizliyi
  • Müasir proqramlaşdırma dilləri
  • Multimedia texnologiyaları 
  • Proqramlaşdırmanın əsasları 
  • Qraflar nəzəriyyəsi
  • Rəqəmsal sistemlər
  • Riyazi analiz
  • Sosial işdə riyazi metodlar
  • Statistika
  • Süni  İntellekt
  • Veb sistemləri və texnologiyaları
  • Verilənlər bazası sistemləri
  • Verilənlərin strukturu və alqoritmlər
  • Xətti cəbr və analitik həndəsə
  • Xətti cəbr və riyazi analiz 

Magistratura

  • Təhsildə və elmdə kompyuter texnologiyası

Kafedramızın əməkdaşları

Kafedranın ştat cədvəli onun peşə yönümündən asılı olaraq formalaşır və Rektor tərəfindən təsdiq olunmuş dərs yükünə əsasən hər il hazırlanır. Ştat cədvəli müəyyənləşdirilmiş qaydalara əsasən razılaşdırılır, Rektor tərəfindən təsdiq olunur. Hal-hazırda Kafedranın 16 nəfərə yaxın əməkdaşı vardır.

Image

Svetlana İbrahim qızı Quliyeva

Kafedra müdiri,fiz.ü.f.d, dosent.
Image

Mənsim Zeynalabdin oğlu Məmmədov

fiz.- riy.e.n., professor
Image

Səid Seidağa oğlu Həmidov

ped.e.n., dosent
Image

Nailə Rəşid qızı Musayeva

  i.e.ü.f.d., müəllim

Image

Fuad Cavanşir oğlu Əzizov

dcoğ.e.n., dosent
Image

 İbadət Əhməd oğlu Məmmədov

müəllim
Image

Asif Əşrəf oğlu Quliyev

müəllim
Image

Rövşən Qubad oğlu Nəsirov 

müəllim
Image

 Vüsal Həsən oğlu Abbasov 

müəllim
Image

Səbinə Fazil qızı Hacıyeva

 müəllim
Image

Cəmilə Fərid qızı Əliyeva

böyük laborant