Humanitar fənlər və Regionşünaslıq kafedrası 

Humanitar fənlər və Regionşünaslıq kafedrası 

Image

“Humanitar fənlər və regionşünaslıq” kafedrası Bakı Avrasiya Universitetinin təsis edildiyi ilk vaxtlardan yaradılıb və müxtəlif illərdə fərqli adlar altında fəaliyyət göstərib. 04.07.2011-ci il tarixində “Regionşünaslıq və humanitar fənlər” kafedrasının bazasının əsasında “Regionşünaslıq və iqtisadiyyat” kafedrası yaradılmış, 26.07.2011-ci il tarixindən “Regionşünaslıq və tətbiqi elmlər” kafedrası adlandırılmışdır. 09.09.2013-cü il tarixində “Regionşünaslıq və tətbiqi elmlər” kafedrasının bazası əsasında “Regionşünaslıq” kafedrası yaradılmışdır. 03.06.2015-ci il tarixindən “Regionşünaslıq” kafedrası “Humanitar fənlər və regionşünaslıq” kafedrası adlanır. “Regionşünaslıq və iqtisadiyyat” fakültəsinin tərkibinə daxildir.

      “Humanitar fənlər və regionşünaslıq” kafedrası Bakı Avrasiya Universitetinin əsas tədris-elmi struktur vahidi olmaqla tədris, tədris-metodiki, təşkilati-metodiki, elmi-tədqiqat fəaliyyəti həyata keçirir,  “Regionşünaslıq və iqtisadiyyat” fakültəsinin “Regionşünaslıq (regionlar üzrə)”, “Beynəlxalq münasibətlər” və “Sosial iş” ixtisasları üzrə buraxılış kafedrasıdır.

      Kafedra öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyası, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, diğər qanunvericilik aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və  Təhsil Nazirliyinin müəyyənləşdirdiyi normativ hüquqi aktlar, Universitetin Nizamnaməsi, Universitet Elmi Şurasının qərarı və rektorun əmr və sərəncamları əsasında qurur. 

Yazının davamı

Kafedra aşağıdakı vəzifələri həyata keçirir:

  • bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş mühazirələrin, laboratoriya işlərinin, praktiki seminar və digər dərslərin yüksək elmi-nəzəri və metodiki səviyyədə aparılması;
  • kurs və buraxılış işlərinə (layihələrinə), istehsalat və digər təcrübələrə, tələbələrin sərbəst dərslərinə rəhbərlik edilməsi;
  • cari imtahanların keçirilməsi;
  • dövlət imtahanlarının təşkili və keçirilməsi;
  • təhsilalanlar arasında tərbiyə işinin təşkili;
  • kafedrada tədris edilən fənlər üzrə tədris proqramlarının işlənib hazırlanması və müvafiq qaydada təsdiq üçün təqdim olunması, həmçinin digər kafedraların hazırladıqları tədris proqramlarına rəy verilməsi;
  • dərslik, dərs vəsaitləri, metodiki rəhbərlik və göstərişlərin və əyani vəsaitlərin hazırlanması, rektorluğun (fakültənin) göstərişi ilə dərslik, dərs vəsaiti və tədris-metodiki ədəbiyyata rəy verilməsi;
  • elmi tədqiqat işlərinin aparılması, tələbələrin elmi tədqiqat işlərinə rəhbərlik edilməsi;
  • tamamlanmış elmi tədqiqat işlərinin müzakirəsi, onların istehsalata tətbiq edilməsi və nəşr edilməsi üçün rəy verilməsi;
  • kafedra əməkdaşlarının tədris, elmi-metodiki və digər işlərinin fərdi planlarının hazırlanması və həyata keçirilməsi;
  • respublikanın və xarici ölkələrin ali məktəblərinin ayrı-ayrı kafedralarının, professor-müəllim heyətinin qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması, gənc müəllimlərə pedaqoji təcrübə toplamaqda köməklik göstərilməsi;
  • tədris prosesində müasir texniki vasitələrdən istifadə edilməsinə dair tədbirlər hazırlanıb həyata keçirilməsi;
  • elmi-pedaqoji və elmi kadrların hazırlanması;
  • kafedra əməkdaşlarının, həmçinin rektorluğun (fakültənin) tapşırığına əsasən digər iddiaçıların dissertasiyalarının müzakirə edilib rəy verilməsi;
  • tədris texnologiyaları üzrə qabaqcıl təcrübənin öyrənilməsi və onlara elmi-texniki köməklik göstərilməsi məqsədi ilə müxtəlif müəssisə və təşkilatlarla əlaqələrin təşkil edilməsi;
  • müxtəlif sahələrdə çalışan mütəxəssislərin ixtisaslarının artırılmasına köməklik göstərilməsi;
  • ali təhsil müəssisəsinin məzunları ilə daim əlaqənin təşkil edilməsi;
  • elmi biliklərin təbliğ edilməsi.

 Kafedranın professor-müəllim heyəti tərəfindən ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələri  üzrə fənlərin tədrisi həyata keçirilir.

  Kafedra fəlsəfə doktoru proqramı üzrə doktoranturada “Siyasi elmlər” elm sahəsi üzrə doktorantura və dissertantura yolu ulə yüksək ixtisaslı elmi-pedaqoji kadr hazırlığını həyata keçirir. Kafedranın müvafiq elm sahəsi üzrə elmi potensialının rəhbərliyi ilə doktorant və dissertantlar tərəfindən siyasi elmlərin ən müasir və aktual problemləri üzrə elmi araşdırmalar aparılır, onların fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müəyyənləşdirilmiş dissertasiya mövzuları fundamental və tətbiq elmi tədqiqatları əhatə etməklə kafedranın elmi-tədqiqat işinin planına daxil edilir.

 Kafedrada siyasi elmlərin müxtəlif problemləri üzrə elmi-tədqiqat işlərinin aparılması, dərslik, proqram və müxtəlif tədris vəsaitlərinin hazırlanması istiqamətində də işlər görülür. Eyni zamanda elmi seminar və müzakirələrin, simpozium və konfransların təşkili, tələbələrin tədqiqat işlərinə cəlb edilməsi əsas istiqamətlərdəndir. 

  Kafedranın professor-müəllim heyəti beynəlxalq və respublika səviyyəli simpozium və konfranslarda mütəmadi olaraq təmsil olunurlar.

 Kafedrada beynəlxalq əlaqələr istiqamətində mühüm işlər görülür. Universitetin müxtəlif xarici ölkə ali təhsil müəssisələri ilə bağladığı beynəlxalq əməkdaşlıq proqramlarından müəllim və tələbə heyəti səmərəli istifadə edir.

  Kafedraya tarix üzrə fəlsəfə doktoru dosent Aybəniz Vilayət qızı Rüstəmova tərəfindən rəhbərlik edilir.

Tədris olunan fənlər

Bakalavr

  • Amerika və Avropa ölkələri müasir dünya siyasətində
  • Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları
  • Azərbaycan Respublikasının milli təhlükəsizliyin əsasları
  • Azərbaycan Respublikasının xarici siyasəti
  • Avropa və Amerika ölkələri tarixi
  • Azərbaycan tarixi 
  • Azərbaycanda sosial yardım sistemi
  • Azərbaycanın xarici siyasəti 
  • Bələdiyyə idarəçiliyi 
  • Beynəlxalq hüququn əsasları və ixtisas (regionunun) ölkələrinin hüquq sistemi 
  • Beynəlxalq hüquq
  • Beynəlxalq münasibətlər nəzəriyyəsi
  • Beynəlxalq münasibətlər tarixi  
  • Beynəlxalq münasibətlərin proqnozlaşdırılması
  • Beynəlxalq təşkilatlar
  • Cənubi Qafqazda enerji diplomatiyası
  • Defektologiya
  • Diplomatik xidmətin əsasları
  • Diplomatik yazışmanın əsasları
  • Dövlət idarəçiliyi nəzəriyyəsi 
  • Dövlət qulluğu 
  • Dünya siyasəti
  • Dünyanın siyasi və iqtisadi xəritəsi
  • Əlilliyi olan insanlarla sosial iş
  • Fəlsəfə
  • Fərdlər, qruplar və ailələrlə sosial iş
  • Geosiyasət
  • İnteqrasiya prosesləri və beynəlxalq təşkilatlar
  • İqtisadi diplomatiya
  • İxtisas (regionunun) ölkəsinin mədəniyyəti və incəsənəti
  • İxtisas ölkəsi beynəlxalq münasibətlər sistemində
  • İxtisas ölkəsi və beynəlxalq təhlükəsizlik
  • Konfliktologiya
  • Məntiq və tənqidi təfəkkür
  • Milli təhlükəsizliyin əsasları
  • Müasir beynəlxalq münasibətlərin aktual problemləri
  • Müasir Beynəlxalq Münasibətlər sistemində qloballaşma prosesi
  • Müasir Beynəlxalq Münasibətlərdə enerji diplomatiyası
  • Müasir inteqrasiya prosesləri
  • Mülki müdafiə
  • Mülki müdafiə və ilkin tibbi yardım
  • Multikulturalizm
  • Multikulturalizmə giriş
  • Multikulturalizmin əsasları
  • Müqayisəli siyasi sistemlər
  • Politologiya
  • Psixi sağlamlıq
  • Psixologiya
  • Qaçqın və məcburi köçkünlərlə sosial iş
  • Qloballaşma və beynəlxalq sosial iş
  • Region dövlətlərinin hüquqi sistemi
  • Region dövlətlərinin siyasi sistemi
  • Regional idarəetmə
  • Regional inteqrasiya prosesləri
  • Regionşünaslığa giriş
  • Regionun etnoqrafiyası
  • Regionun tarixi 
  • Siyasət nəzəriyyəsi
  • Siyasi coğrafiya
  • Siyasi elmin əsasları
  • Siyasi fikir tarixi
  • Sosial iş təcrübəsində etik prinsiplər
  • Sosial işdə idarəetmə
  • Sosial işdə tədqiqat metodları 
  • Sosial işə giriş
  • Sosial işin nəzəriyyəsi və təcrübəsi 
  • Sosial pedaqogika
  • Sosial proqramlar və xidmətlər
  • Sosial psixologiya
  • Sosial siyasət 
  • Sosial siyasi təhlil və lobbiçilik
  • Sosial tədqiqata giriş
  • Sosial və iqtisadi mühitin sosial işə təsiri
  • Sosiologiya
  • Strateji idarəetmə
  • Təşkilat və icma nəzəriyyəsi
  • Turizm coğrafiyası

Magistratura

  • Ali məktəb pedaqogikası
  • Avrasiyada enerji sahəsində inteqrasiya
  • Avropa inteqrasiya prosesinin xüsusiyyətləri
  • Azərbaycanın coğrafiyası: turistik sistemi 
  • Azərbaycanın xarici siyasəti
  • Beynəlxalq hüquq və müasir dövlətlərin xarici siyasəti
  • Beynəlxalq münaqişələrinin tədqiqi
  • Beynəlxalq münasibətlər və diplomatiya sahəsində elmi-tədqiqat işi
  • Beynəlxalq münasibətlərin müasir problemləri
  • Beynəlxalq münasibətlərin tarixi və metodologiyası 
  • Beynəlxalq sistemin siyasi problemləri
  • Beynəlxalq situasiyaların analizi və siyasi təhlili
  • Beynəlxalq və Avropa turizm qanunu 
  • Cənubi Qafqazın regional təhlükəsizlik məsələləri
  • Diplomatik protokol və beynəlxalq danışıqlar
  • Dünya siyasətində qeyri-dövlət iştirakçıları
  • İxtisas regionu ilə Azərbaycan Respublikasının münasibətləri 
  • İxtisas regionu regional geosiyasi proseslərdə    
  • İxtisas regionunda etniklərarası və konfessiyalararası münasibətlər  
  • İxtisas regionunda təhlükəsizlik və münaqişələr problemi
  • İxtisas regionunun diplomatiyası
  • Lobbilçilik və beynəlxalq siyasətdə maraq qrupları
  • Müasir siyasi təlimlər 
  • Münaqişələri nizamlama prosesləri
  • Müqayisəli politologiya
  • Psixologiya
  • Rabitə və turizm coğrafiyası
  • Regionşünasın informasiya-analitik işi
  • Siyasi proqnozlaşdırma
  • Siyasi qərarların qəbulu
  • Siyasi sistemlər və institutlar
  • Siyasi təhlil
  • Tarix elminin müasir problemləri
  • Tarixin tədrisi metodologiyası və metodikası
  • Tədqiqat işinin aparılması 
  • Tədqiqat üsulları
  • Tədqiqat üsulları və turizm sahəsində planlaşdırma 
  • Tədqiqatlar, kommunikasiya və innovasiya
  • Təşkilat üçün praktik tətbiqlər və ərazi siyasətinin idarə edilməsi 
  • Turistlərin psixologiyası
  • Turizm və iqtisadi coğrafiya
  • Xarici siyasətdə və diplomatiyada informasiya texnologiyalarına əsas yanaşmalar
  • Yaxın Şərq regionunda münaqişələrin dini və etnosiyasi aspektləri

Kafedramızın əməkdaşları

Kafedranın ştat cədvəli onun peşə yönümündən asılı olaraq formalaşır və Rektor tərəfindən təsdiq olunmuş dərs yükünə əsasən hər il hazırlanır. Ştat cədvəli müəyyənləşdirilmiş qaydalara əsasən razılaşdırılır, Rektor tərəfindən təsdiq olunur. Hal-hazırda Kafedranın 40 nəfərə yaxın əməkdaşı vardır.

Image

Rüstəmova Aybəniz Vilayət qızı

Kafedra müdiri, t.ü.f.d., dosent

Image

Gülzar İsaxan qızı İbrahimova

s.e.ü.e.d., professor
Image

Rüfət Lətif oğlu Hüseynzadə 

p.e.d., professor
Image

Musa Cəfər oğlu Qasımov 

t.e.d., professor
Image

Mütəllim Qara oğlu Rəhimov 

f.e.d., dosent
Image

Elnur Həşim oğlu Kəlbizadə

t.ü.f.d., dosent
Image

Sevda Zakir qızı Həsənova

b/m
Image

Nizami Məhəmməd oğlu Nağıyev

b/m
Image

Sadıqlı Pərinaz İslam qızı

müəllim, t.ü.f.d.
Image

Günay Pənah qızı Hüseyn

t.ü.f.d., müəllim
Image

Çimnaz Kamran qızı İsmayılbəyli

müəllim
Image

Əsmər Məhərrəm qızı Əliyeva

müəllim
Image

Aygün Cəmşid qızı Miriyeva

müəllim
Image

Nigar Məlik qızı Əliyeva-

böyük laborant