ÜMUMİ FƏNLƏR KAFEDRASI 

  • Ana Səhifə
  • Regionşünaslıq və İqtisadiyyat Fakültəsi
  • ÜMUMİ FƏNLƏR KAFEDRASI 

 

Image
“ÜMUMİ FƏNLƏR” kafedrası 2025-ci ildən fəaliyyətə başlayıb və “Regionşünaslıq və iqtisadiyyat” fakültəsinin tərkibinə daxildir.
“Ümumi fənlər” kafedrası Bakı Avrasiya Universitetinin əsas tədris-elmi struktur vahidi olmaqla tədris, tədris-metodiki, təşkilati-metodiki, elmi-tədqiqat fəaliyyəti həyata keçirir.
Kafedra öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyası, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, diğər qanunvericilik aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və  Təhsil Nazirliyinin müəyyənləşdirdiyi normativ hüquqi aktlar, Universitetin Nizamnaməsi, Universitet Elmi Şurasının qərarı və rektorun əmr və sərəncamları əsasında qurur. 
Yazının davamı

Kafedra aşağıdakı vəzifələri həyata keçirir:

  • bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş mühazirələrin, laboratoriya işlərinin, praktiki seminar və digər dərslərin yüksək elmi-nəzəri və metodiki səviyyədə aparılması;
  • kurs və buraxılış işlərinə (layihələrinə), istehsalat və digər təcrübələrə, tələbələrin sərbəst dərslərinə rəhbərlik edilməsi;
  • cari imtahanların keçirilməsi;
  • dövlət imtahanlarının təşkili və keçirilməsi;
  • təhsilalanlar arasında tərbiyə işinin təşkili;
  • kafedrada tədris edilən fənlər üzrə tədris proqramlarının işlənib hazırlanması və müvafiq qaydada təsdiq üçün təqdim olunması, həmçinin digər kafedraların hazırladıqları tədris proqramlarına rəy verilməsi;
  • dərslik, dərs vəsaitləri, metodiki rəhbərlik və göstərişlərin və əyani vəsaitlərin hazırlanması, rektorluğun (fakültənin) göstərişi ilə dərslik, dərs vəsaiti və tədris-metodiki ədəbiyyata rəy verilməsi;
  • elmi tədqiqat işlərinin aparılması, tələbələrin elmi tədqiqat işlərinə rəhbərlik edilməsi;
  • tamamlanmış elmi tədqiqat işlərinin müzakirəsi, onların istehsalata tətbiq edilməsi və nəşr edilməsi üçün rəy verilməsi;
  • kafedra əməkdaşlarının tədris, elmi-metodiki və digər işlərinin fərdi planlarının hazırlanması və həyata keçirilməsi;
  • respublikanın və xarici ölkələrin ali məktəblərinin ayrı-ayrı kafedralarının, professor-müəllim heyətinin qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması, gənc müəllimlərə pedaqoji təcrübə toplamaqda köməklik göstərilməsi;
  • tədris prosesində müasir texniki vasitələrdən istifadə edilməsinə dair tədbirlər hazırlanıb həyata keçirilməsi;
  • elmi-pedaqoji və elmi kadrların hazırlanması;
  • kafedra əməkdaşlarının, həmçinin rektorluğun (fakültənin) tapşırığına əsasən digər iddiaçıların dissertasiyalarının müzakirə edilib rəy verilməsi;
  • tədris texnologiyaları üzrə qabaqcıl təcrübənin öyrənilməsi və onlara elmi-texniki köməklik göstərilməsi məqsədi ilə müxtəlif müəssisə və təşkilatlarla əlaqələrin təşkil edilməsi;
  • müxtəlif sahələrdə çalışan mütəxəssislərin ixtisaslarının artırılmasına köməklik göstərilməsi;
  • ali təhsil müəssisəsinin məzunları ilə daim əlaqənin təşkil edilməsi;
  • elmi biliklərin təbliğ edilməsi.

 Kafedranın professor-müəllim heyəti tərəfindən ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələri  üzrə fənlərin tədrisi həyata keçirilir.

  Kafedra fəlsəfə doktoru proqramı üzrə doktoranturada “Siyasi elmlər” elm sahəsi üzrə doktorantura və dissertantura yolu ulə yüksək ixtisaslı elmi-pedaqoji kadr hazırlığını həyata keçirir. Kafedranın müvafiq elm sahəsi üzrə elmi potensialının rəhbərliyi ilə doktorant və dissertantlar tərəfindən siyasi elmlərin ən müasir və aktual problemləri üzrə elmi araşdırmalar aparılır, onların fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müəyyənləşdirilmiş dissertasiya mövzuları fundamental və tətbiq elmi tədqiqatları əhatə etməklə kafedranın elmi-tədqiqat işinin planına daxil edilir.

 Kafedrada siyasi elmlərin müxtəlif problemləri üzrə elmi-tədqiqat işlərinin aparılması, dərslik, proqram və müxtəlif tədris vəsaitlərinin hazırlanması istiqamətində də işlər görülür. Eyni zamanda elmi seminar və müzakirələrin, simpozium və konfransların təşkili, tələbələrin tədqiqat işlərinə cəlb edilməsi əsas istiqamətlərdəndir. 

  Kafedranın professor-müəllim heyəti beynəlxalq və respublika səviyyəli simpozium və konfranslarda mütəmadi olaraq təmsil olunurlar.

 Kafedrada beynəlxalq əlaqələr istiqamətində mühüm işlər görülür. Universitetin müxtəlif xarici ölkə ali təhsil müəssisələri ilə bağladığı beynəlxalq əməkdaşlıq proqramlarından müəllim və tələbə heyəti səmərəli istifadə edir.

  Kafedraya tarix üzrə fəlsəfə doktoru dosent Sevil Şivəxan qızı Bəhrəmova tərəfindən rəhbərlik edilir.

Kafedramızın əməkdaşları

Kafedranın ştat cədvəli onun peşə yönümündən asılı olaraq formalaşır və Rektor tərəfindən təsdiq olunmuş dərs yükünə əsasən hər il hazırlanır. Ştat cədvəli müəyyənləşdirilmiş qaydalara əsasən razılaşdırılır, Rektor tərəfindən təsdiq olunur. 

S/№ Soyadı, adı, atasının adı  Vəzifəsi
1 Bəhrəmova Sevil Şivəxan kafedra müdiri
2 İsmayılova Jalə Musa dosent
3 Nağıyev Nizami Məhəmməd baş müəllim
4 Zahirov Əfqan Həmidulla baş müəllim
5 Adıgözəlova Məleykə Zahir baş müəllim
6 Rzayev Rauf Nurəddin müəllim
7 Qasımov Azər Əli müəllim
8 Cəfərova Günel Natiq müəllim
9 Həsənov Natiq Əmrah baş müəllim
10 Hüseynova İmmi Əli müəllim
11 Həsənova Sevda Zakir baş müəllim
12 Rəhimov Mütəllim Qara dosent
13 Həsənova Vüsalə Şahin dosent
14 Mustafazadə Ayşən Rövşən müəllim
15 Əskərli Aytac Rahim müəllim
16 Muradzadə Vasif Almas dosent
17 Kərbalayeva Amənə Eldar müəllim
18 Ağasiyeva Yaqut Tahir müəllim
19 Hüseyn Vaqif Pənah müəllim
20 Mustafazadə Ayşən Rövşən böyük laborant