İqtisadiyyat və idarəetmə

İqtisadiyyat və idarəetmə kafedrası 

Image

“İqtisadiyyat və idarəetmə” kafedrası rektorun 09.09.2013-cü il tarixli K076-12/51 nömrəli əmri ilə “Riyaziyyat və iqtisadiyyat” kafedrası kimi yaradılmışdır. Strukturunda dəyişikliklərlə əlaqədar 2014/2015-ci tədris ilindən “İqtisadiyyat və riyaziyyat” kafedrası adlandırılmışdır. 2021/2022-ci tədris ilindən etibarən illik dərs yükünün həcminin artması ilə əlaqədar kafedra idarəetməsinin optimallaşdırılması məqsədilə Bakı Avrasiya Universitetinin Elmi Şurasının 24.09.2021-ci il tarixli qərarı (protokol № EŞ01-08/21) əsasında rektorun 27.09.2021-ci il tarixli K135-01/21 nömrəli əmri ilə riyazi, təbiət, texniki fənlər və kompüter, informasiya texnologiyaları ixtisas sahəsinə aid bütün ixtisas fənləri kafedranın tərkibindən çıxarılaraq bu bazada yeni yaradılmış “Riyaziyyat və İKT” kafedrasına verilmişdir. Struktur dəyişikliyi ilə əlaqədar olaraq kafedranın adı həmin tarixdən dəyişdirilərək “İqtisadiyyat və idarəetmə” kafedrası adlandırılmışdır. “Regionşünaslıq və iqtisadiyyat” fakültəsinin tərkibinə daxildir.

       Kafedra Bakı Avrasiya Universitetinin əsas tədris-elmi struktur vahidi olmaqla tədris, tədris-metodiki, təşkilati-metodiki, elmi-tədqiqat fəaliyyətini həyata keçirir, “Regionşünaslıq və iqtisadiyyat” fakültəsinin “İqtisadiyyat”, “Maliyyə”, “Mühasibat”, “Dövlət və bələdiyyə idarəetməsi”, ”Biznesin idarə edilməsi”, “Turizm işinin təşkili”,”Marketinq”, “Kommersiya” ixtisasları üzrə buraxılış kafedrasıdır. 

        Kafedra öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyası, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, diğər qanunvericilik aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və  Təhsil Nazirliyinin müəyyənləşdirdiyi normativ hüquqi aktlar, Universitetin Nizamnaməsi, Universitet Elmi Şurasının qərarı və rektorun əmr və sərəncamları əsasında qurur.

Yazının davamı

Kafedra aşağıdakı vəzifələri həyata keçirir:

  • bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş mühazirələrin, laboratoriya işlərinin, praktiki seminar və digər dərslərin yüksək elmi-nəzəri və metodiki səviyyədə aparılması;
  • kurs və buraxılış işlərinə (layihələrinə), istehsalat və digər təcrübələrə, tələbələrin sərbəst dərslərinə rəhbərlik edilməsi;
  • cari imtahanların keçirilməsi;
  • dövlət imtahanlarının təşkili və keçirilməsi;
  • təhsilalanlar arasında tərbiyə işinin təşkili;
  • kafedrada tədris edilən fənlər üzrə tədris proqramlarının işlənib hazırlanması və müvafiq qaydada təsdiq üçün təqdim olunması, həmçinin digər kafedraların hazırladıqları tədris proqramlarına rəy verilməsi;
  • dərslik, dərs vəsaitləri, metodiki rəhbərlik və göstərişlərin və əyani vəsaitlərin hazırlanması, rektorluğun (fakültənin) göstərişi ilə dərslik, dərs vəsaiti və tədris-metodiki ədəbiyyata rəy verilməsi;
  • elmi tədqiqat işlərinin aparılması, tələbələrin elmi tədqiqat işlərinə rəhbərlik edilməsi;
  • tamamlanmış elmi tədqiqat işlərinin müzakirəsi, onların istehsalata tətbiq edilməsi və nəşr edilməsi üçün rəy verilməsi;
  • kafedra əməkdaşlarının tədris, elmi-metodiki və digər işlərinin fərdi planlarının hazırlanması və həyata keçirilməsi;
  • respublikanın və xarici ölkələrin ali məktəblərinin ayrı-ayrı kafedralarının, professor-müəllim heyətinin qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması, gənc müəllimlərə pedaqoji təcrübə toplamaqda köməklik göstərilməsi;
  • tədris prosesində müasir texniki vasitələrdən istifadə edilməsinə dair tədbirlər hazırlanıb həyata keçirilməsi;
  • elmi-pedaqoji və elmi kadrların hazırlanması;
  • kafedra əməkdaşlarının, həmçinin rektorluğun (fakültənin) tapşırığına əsasən digər iddiaçıların dissertasiyalarının müzakirə edilib rəy verilməsi;
  • tədris texnologiyaları üzrə qabaqcıl təcrübənin öyrənilməsi və onlara elmi-texniki köməklik göstərilməsi məqsədi ilə müxtəlif müəssisə və təşkilatlarla əlaqələrin təşkil edilməsi;
  • müxtəlif sahələrdə çalışan mütəxəssislərin ixtisaslarının artırılmasına köməklik göstərilməsi;
  • ali təhsil müəssisəsinin məzunları ilə daim əlaqənin təşkil edilməsi;
  • elmi biliklərin təbliğ edilməsi.

       Kafedranın professor-müəllim heyəti tərəfindən ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələri  üzrə fənlərin tədrisi həyata keçirilir.

        Kafedra fəlsəfə doktoru proqramı üzrə doktoranturada “İqtisad elmləri” elm sahəsi üzrə doktorantura və dissertantura yolu ulə yüksək ixtisaslı elmi-pedaqoji kadr hazırlığını həyata keçirir. Kafedranın müvafiq elm sahəsi üzrə elmi potensialının rəhbərliyi ilə doktorant və dissertantlar tərəfindən iqtisad elminin ən müasir və aktual problemləri üzrə elmi araşdırmalar aparılır, onların fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müəyyənləşdirilmiş dissertasiya mövzuları fundamental və tətbiq elmi tədqiqatları əhatə etməklə kafedranın elmi-tədqiqat işinin planına daxil edilir. 

       Kafedrada iqtisad elmlərinin problemləri üzrə elmi-tədqiqat işlərinin aparılması, dərslik, proqram və müxtəlif tədris vəsaitlərinin hazırlanması istiqamətində də işlər görülür. Eyni zamanda elmi seminar və müzakirələrin, simpozium və konfransların təşkili, tələbələrin tədqiqat işlərinə cəlb edilməsi əsas istiqamətlərdəndir. 

      Kafedranın professor-müəllim heyəti beynəlxalq və respublika səviyyəli simpozium və konfranslarda mütəmadi olaraq təmsil olunurlar. 

     Kafedrada beynəlxalq əlaqələr istiqamətində mühüm işlər görülür. Universitetin müxtəlif xarici ölkə ali təhsil müəssisələri ilə bağladığı beynəlxalq əməkdaşlıq proqramlarından müəllim və tələbə heyəti səmərəli istifadə edir. 

      Kafedraya iqtisad üzrə fəlsəfə doktoru Aslanova İlhamə Eybulla qızı tərəfindən rəhbərlik edilir. 

Tədris olunan fənlər

Bakalavr

  • Aqrar iqtisadiyyat
  • Audit 
  • Azərbaycan iqtisadiyyatı
  • Azərbaycanda turizmin inkişaf istiqamətləri
  • Bank işi
  • Beynəlxalq biznes
  • Beynəlxalq iqtisadi münasibətlər
  • Beynəlxalq marketinq
  • Biznes hüququ
  • Biznesin əsasları
  • Biznesin etikası və sosial məsuliyyət
  • Biznesin idarə edilməsi
  • Biznesin təhlükəsizliyi
  • Büdcə və xəzinə uçotu
  • Dövlət maliyyəsi
  • Dünya iqtisadiyyatı
  • Ekoloji turizm
  • Elektron kommersiya
  • Elektron marketinq
  • Elektron ticarət
  • Ətraf mühitin iqtisadiyyatı
  • Fəaliyyətin effektiv idarə edilməsi
  • Firmanın iqtisadiyyatı
  • Gömrük işinin təşkili
  • İdarəetmə təhlili
  • İnnovasiya menecmenti
  • İnsan inkişafının əsasları
  • İnsan resurslarının idarəedilməsi
  • İnvestisyanın idarəedilməsi
  • İqtisadi fikir tarixi
  • İqtisadi hüquq
  • İqtisadi təhlil
  • İqtisadiyyata giriş
  • İqtisadiyyatın əsasları
  • İqtisadiyyatın tənzimlənməsi 
  • İşgüzar yazışmalar
  • İstehlak bazarının idarə edilməsi
  • İstehlakçı davranışlarının idarəedilməsi
  • İstehsal sahələrinin marketinqi
  • Keyfiyyətin idarəedilməsi
  • Kommersiya danışıqları və yazışmalar
  • Kommersiya fəaliyyətinin əsasları
  • Kommersiya müəssisələrinin idarə edilməsi
  • Korporativ idarəetmə
  • Korporativ sosial məsuliyyət
  • Layihə menecmenti
  • Logistika
  • Makroiqtisadiyyat 
  • Maliyyə
  • Maliyyə bazarları
  • Maliyyə biznesi
  • Maliyyə hesabatlarının beynəlxalq standartları
  • Maliyyə hesabatlarının təhlili
  • Maliyyə nəzarəti və audit
  • Maliyyə təhlili
  • Maliyyə uçotu
  • Marketingin kommunikasiya sistemi
  • Marketinq
  • Marketinq tədqiqatları
  • Marketinqin əsasları
  • Marketinqin idarəedilməsi
  • Marketinqin kommunikasiya sistemi
  • Menecment
  • Menecmentin əsasları
  • Mikroiqtisadiyyat
  • Milli iqtisadiyyat
  • Müəssisənin idarə olunması
  • Müəssisənin xarici iqtisadi fəaliyyəti 
  • Mühasibat uçotu
  • Mühasibat və mühasibat məsələləri
  • Otel menecmenti
  • Peşə etikası və etiket
  • Pul və banklar
  • Pul, kredit və banklar
  • Qiymət və qiymətləndirmə
  • Regionun iqtisadiyyatı
  • Reklam
  • Reklam işi
  • Reklam işinin təşkili
  • Sahibkarlığın əsasları və biznesə giriş
  • Satışın idarəedilməsi
  • Sığorta işi
  • Sosial marketinq
  • Sosial sahələrin iqtisadiyyatı 
  • Strateji idarəetmə
  • Strateji marketinq
  • Texnologiya və qlobal rəqabət
  • Ticarətin təşkili
  • Turizmdə marketinq və marketinq araşdırmaları
  • Turizmdə otel təsərrüfatının təşkili
  • Turizmə giriş
  • Vergi inzibatçılığı
  • Vergilər və vergitutma

Magistratura

  • Audit (Qlobal audit metodologiyası) (F8)
  • Audit müqayisəsi, riskin dəyərləri və audit dəlilləri
  • Auditorun peşəkar məsuliyyəti, audit sənədləşməsi və İT-nin onlara təsiri
  • Beynəlxalq biznes təhlükəsizliyi
  • Beynəlxalq maliyyə
  • Beynəlxalq siyasi iqtisad
  • Biznes hüququ
  • Biznes layihələrinin reallaşdırılması məsələləri
  • Biznes münaqişələr və onların həlli yolları
  • Biznes statistikası
  • Biznes strategiyası
  • Biznesdə resursların idarə edilməsi 
  • Biznesin idarə edilməsinın müasir problemləri
  • Biznesin qiymətləndirilməsi
  • Dünya təsərrüfatında transmilliləşmə
  • Əməliyyatlar menecmenti
  • Ərazinin planlaşdırılması və turistik dizaynı və şirkətlər 
  • İdarəetmə uçotu (F2)
  • İnvestisiya hüququ
  • İnvestisiya layihələrinin idarə olunması
  • İqtisad elminin müasir problemləri
  • İqtisad elminin tarixi və metodologiyası
  • İqtisadi coğrafiya: resurslar və dəniz turizmi 
  • İqtisadi resursların səmərəli istifadə edilməsi
  • İqtisadi sistemlərin müqayisəli təhlili
  • İstehsal menecmenti
  • İxtisas regionunun aktual sosial-iqtisadi problemləri
  • Kommersiya müəssisələrinin təşkili və texnologiyası
  • Korporativ hüquq
  • Korporativ ictimai məsuliyyət
  • Korporativ maliyyə
  • Laboratoriya fəaliyyəti 
  • Liderlik və təşkilati davranış
  • Makroiqtisadi statistika
  • Makroiqtisadi təhlilin əsasları
  • Makroiqtisadiyyatın əlavə fəsilləri
  • Maliyyə hesabatı (F7)
  • Maliyyə menecmenti (F9)
  • Maliyyə risklərinin idarə edilməsi
  • Maliyyə uçotu (F3)
  • Marketinq strategiyası
  • Menecment iqtisadiyyatı
  • Meqoiqtisadiyyat
  • Mikroiqtisadiyyatın əlavə fəsilləri
  • Milli iqtisadiyyatın dövlət tənzimlənməsi
  • Milli iqtisadiyyatın inkişaf modelləri
  • Milli iqtisadiyyatın təhlükəsizliyinin əsasları
  • Müəssisənin maliyyə hesabatlarının qiymətləndirilməsi
  • Mühasibat və nəzarət
  • Müstəqil audit rəyləri və onların formaları
  • Qiymətli kağızlar bazarının hüquqi tənzimlənməsi
  • Qiymətli kağızların təhlili və qiymətləndirilməsi
  • Qiymətli kağızlarla ticarət və maliyyə bazarları
  • Regional iqtisadi inteqrasiyanın nəzəriyyəsi və praktikası
  • Regionların sosial-iqtisadi inkişafının tənzimlənməsi
  • Risklərin idarə edilməsi
  • Sosial iqtisadi inkişafın proqnozlaşdırılması
  • Sosial, inzibati və maliyyə hüququ
  • Strategiya, təşkilat və innovasiya
  • Strateji planlaşdırma və proqramlaşdırma
  • Turist marşrutlarının idarə edilməsi və marketinqi
  • Turizm üçün rəqəmsal innovasiyalar və informasiyanın idarə edilməsi
  • Turizm və nəqliyyat iqtisadiyyatı
  • Turizmdə məlumatların idarə olunması və rəqəmsal innovasiya 
  • Xarici iqtisadi fəaliyyətin hüquqi tənzimlənməsi

Kafedramızın əməkdaşları

Kafedranın ştat cədvəli onun peşə yönümündən asılı olaraq formalaşır və Rektor tərəfindən təsdiq olunmuş dərs yükünə əsasən hər il hazırlanır. Ştat cədvəli müəyyənləşdirilmiş qaydalara əsasən razılaşdırılır, Rektor tərəfindən təsdiq olunur. Hal-hazırda Kafedranın 47 nəfərə yaxın əməkdaşı vardır.

Image

İlhamə Eybulla qızı Aslanova

Kafedra müdiri, i.ü.f.d.

Image

Yadulla Həmdulla oğlu Həsənli 

 i.e.d., professor
Image

Müşviq Cəmil oğlu Atakişiyev

 i.e.d., professor
Image

Şamil Saleh oğlu Qafarov

 i.e.d., professor
Image

Tərbiz Nəsib oğlu Əliyev

 i.e.d., professor
Image

Hacıağa Baxış oğlu Rüstəmbəyov

 i.ü.e.d., professor
Image

Qəzənfər Salman oğlu Süleymanov

 i.e.d., professor
Image

Elşad  Yaqub oğlu Məmmədov

 i.e.d., professor
Image

Tariyel Məhəmməd oğlu Pənahov

tex.ü.e.d., dosent
Image

Müslümat Allahverdi qızı Allahverdiyeva

i.e.n., dosent
Image

Elman İbiş oğlu İbişov

i.e.n., dosent
Image

Ələddin Atdıxan oğlu Hacılı

i.e.n, dosent
Image

Flora Qəməndər qızı Ələsgərova

dos., i.ü.f.d.
Image

Sədaqət Elman qızı Əhmədova

dos., i.ü.f.d.
Image

Pərviz Əhməd  oğlu Qurbanov

i.e.n, dosent
Image

Rəhman Saleh oğlu Səfərov

dcoğ.e.n., dosent
Image
Image

Rəcəb oğlu Abbasəli İsmayılov

b/m
Image

Ərzuman Aydın oğlu Hüseynov

 i.ü.f.d. müəllim
Image

Maqsud İsmayıl oğlu Süleymanov

i.e.n., müəllim
Image

Firuz Əhməd oğlu Qurbanov

i.ü.f.d., müəllim
Image

Pərvin Süleyman qızı Verdiyeva

müəllim
Image

Günel Səlim qızı İmamquliyeva

müəllim
Image

Vüsal Sədrəddin oğlu Heydərov

müəllim
Image

İsmayıl İbrahim oğlu Məmmədov

müəllim
Image

Heydər Sahib oğlu Rzayev

müəllim
Image

Nuranə Buta qızı Məmmədova 

müəllim
Image

Vüsal Vüqar oğlu Cəfərli

müəllim
Image

Aysel Qabil qızı Nəzərova

böyük laborant