Dövlət və bələdiyyə idarəetməsi
“Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsil alan tələbələr məzun olarkən aşağıdakı peşə kompetensiyalarına, bilik və bacarıqlara yiyələnir:
- Dövlət idarəçiliyinin inkişaf mərhələləri və bu istiqamətdəki düşüncə məktəblərini mənimsəyir, dövlət idarəetməsinin təşkili prinsiplərini və innovativ texnologiyalarını, dövlət xidməti təşkilatlarının xüsusiyyətlərini, səmərəliliyinin yüksəldilməsi yollarını bilir, dövlət təşkilatlarında fəaliyyətin planlaşdırılması metodlarını, məqsədlərinin müəyyənləşməsi prinsiplərini, xidmətdə nəticə yönümlülüyünün qiymətləndirilməsini bacarır.
- İdarəetmə və təşkilatla bağlı baza səciyyəvi bilikləri, təşkilatın missiyası, niyyəti, məqsəd və strategiyasını, IV sənaye inqilabı dövrünün qeyri müəyyənliklərini dərk edir. Münaqişəli situasiyaların qarşısını almağı va onları həll etməyi, ixtisas üzrə məlumatları analitik va sistematik şəkildə təhlil etməyi bacarır.
- Bələdiyyə idarəçiliyinin əsas prinsiplərini, bələdiyyə xidməti təşkilatlarının xüsusiyyətlərini, bələdiyyə xidmətində səmərəliyin artırılması imkanlarını bilir, yerli özünüidarəetmə orqanlarında fəaliyyətin planlaşdırılması metodlarını bacarır.
- Siyasətin asas formalarını bilir, politologiya və onun cəmiyyətdə rolu ilə bağlı baza biliklərinə malik olur. Dövlət siyasətinin əsaslarını və yeni dövr dövlət siyasətinin aspektlərini mənimsəyir, beynalxalq münasibətlərin müasir inkişaf istiqamətlərini bilir, milli təhlükəsizliklə bağlı biliklərə yiyələnir.
- Davamlı va inklüziv inkişafın müasir dövlət idarəçiliyinin başlıca prioritetlərindən olmasını mənimsəyir, dövlətin hərtərəfli inkişafı və bütün ölkə vətəndaşlarının rifahının yüksəldilməsini təmin edən inklüziv inkişafı şərtləndirən amilləri və onların idarəetmə yollarını bilir.
- İnsan resurslarından səmərəli istifadə etməyi və kollektivdə əlverişli sosioloji-psixoloji mühit yaratmağı bacarır.
- Strateji idarəetmənin məktəblərini bilir və situasiyaların strateji təhlilini aparmağı bacarır, qloballaşmanın strateji aspektlərini mənimsəyir, təşkilatın niyyət və məqsədlərini müəyyənləşdirməyi bacarır, strateji idarəetmə üsullarına yiyələnməklə, gözlənilməyən dəyişikliklərə idarəetmə reaksiyasını vaxtında verə bilir.
İxtisasın tədris qrafiki
Fənnin kodu |
Fənnin adı |
Kreditlərin sayı |
|
I kurs |
|||
Payız semestri |
|||
End941 | Xarici dildə işgüzar və akademik kommunikasiya 1 | 5 | |
Tar170 | Azərbaycan tarixi | 5 | |
Ceb290 | Xətti cəbr və riyazi analiz | 6 | |
Met291 | Dövlət idarəçiliyi nəzəriyyəsi 1 | 5 | |
Mmt020 | Mülki müdafiə | 3 | |
Huq050 | AR Konstititsiyası və hüququn əsasları | 3 | |
Pol175 | Politologiya | 3 | |
Yaz semestri |
|||
End942 | Xarici dildə işgüzar və akademik kommunikasiya 2 | 5 | |
Met292 | Dövlət idarəçiliyi nəzəriyyəsi 2 | 5 | |
Com121 | İnformasiya kommunikasiya texnologiyaları 1 | 4 | |
Sts090 | Ehtimal nəzəriyyəsi və riyazi statistika | 4 | |
Mik321 | Mikroiqtisadiyyat 1 | 4 | |
Mak281 | Makroiqtisadiyyat 1 | 4 | |
Azd019 | Azərbaycan dilində işgüzar və akademik kommunikasiya | 4 | |
II kurs |
|||
Payız semestri |
|||
End943 | Xarici dildə işgüzar və akademik kommunikasiya 3 | 5 | |
Mik322 | Mikroiqtisadiyyat 2 | 4 | |
Mak282 | Makroiqtisadiyyat 2 | 4 | |
Com122 | İnformasiya kommunikasiya texnologiyaları 2 | 4 | |
Sts261 | Statistika 1 | 3 | |
Eko395 | İnsan inkişafının əsasları | 4 | |
Pol190 | Siyasi elmin əsasları | 6 | |
Yaz semestri |
|||
Sts262 | Statistika 2 | 5 | |
Met281 | Dövlət qulluğu 1 | 4 | |
Met291 | Bələdiyyə idarəçiliyi 1 | 4 | |
Men300 | Menecment | 7 | |
Pol195 | Regional idarəetmə | 6 | |
Eko390 | İnsan resurslarının idarə olunması | 4 | |
III kurs |
|||
Payız semestri |
|||
Met282 | Dövlət qulluğu 2 | 4 | |
Met292 | Bələdiyyə idarəçiliyi 2 | 4 | |
Met080 | Dövlət idarəçiliyində etika | 6 | |
Met100 | Davamlı və inkuliziv inkişafın idarəedilməsi | 6 | |
Bid005 | Strateji idarəetmə | 6 | |
Pol185 | Milli təhlükəsizlik | 4 | |
Yaz semestri |
|||
Bid020 | Sosial riskli və böhranlı idarəetmə | 5 | |
Pol110 | AR-də yerli özünü idarəetmənin əsasları | 5 | |
Pol270 | Dövlətin kadr siyasətinin əsasları | 4 | |
Pol290 | Dövlət və bələdiyyə xidmətlərində elektron hökumətin texnologiyası | 4 | |
Pol310 | AR -da dövlət xidmət sistemində islahat və inkişaf | 6 | |
Pol320 | Dövlət və bələdiyyə xidmətlərində multimedia texnologiyalarının təminatı | 6 | |
VI kurs |
|||
Payız semestri |
|||
Pol330 | Dövlət və biznes sahələrinin qarşılıqlı fəaliyyətində dövlət xidməti | 6 | |
Pol340 | Xarici ölkələrin müasir idarəetmə sistemləri | 6 | |
Met130 | Bələdiyyə idarəçiliyinin beynəlxalq təcrübəsi | 4 | |
Met140 | Dövlət idarəçiliyində inzibati islahatlar | 6 | |
Met120 | Bələdiyyə hüququ | 4 | |
Met260 | İctimayətlə əlaqələr | 4 | |
Yaz semestri |
|||
Tec040 | Karyera planlaması | 5 | |
Tec050 | Yumşaq bacarıqlar (Soft skills) | 9 | |
Tec060 | Sərt bacarıqlar (Hard skills) | 10 | |
Tec070 | İstehsalat təcrübəsi/layihə | 6 |