Maliyyə
“Maliyyə” ixtisası üzrə təhsil alan tələbələr məzun olarkən aşağıdakı peşə kompetensiyalarına, bilik və bacarıqlara yiyələnir:
- İqtisadi məlumatların təhlili və sistemləşdirilməsi üçün statistik biliklərə sahib olur, kəmiyyət və keyfiyyət məlumatlarını toplaya, təhlil edə və proqnozlaşdıra bilir
- Mühasibatın və maliyyənin elmi-nəzəri və konseptual əsaslarına dair baza biliklərə sahib olmaqla iqtisadiyyatı regional və sektorial olaraq təhlil etməyi bacarır, kənd təsərrüfatı, sanaye və xidmət sektorunun iqtisadi inkişafdakı rolunu və əhəmiyyətini bilir, sahə üzrə yeni konseptləri şərh edir
- Vaxtın effektiv idarə edilməsini, stress menecmentini, kreativ, tənqidi və analitik düşünca formalarını bilir, problem həlletmə və qərarvermə texnikalarına, natiqlik bacarıqlarına sahib olur, eləcə də komanda işinin qurulmasını bilir və liderlik prinsiplərinə yiyələnir
- Maliyyə təhlili və maliyyə qərarlarının alınmasında istifadə olunan statistika və ekonometrika, eləcə də digər baza riyazi biliklərə malik olur
- Maliyyə sektoru va bazarlarına dair biliklərə malik olur və maliyyə bazarlarının son inkişaf tendensiyaları haqqqında məlumatlara, mərkəzi bankçılıq və bank sektorunda fəaliyyətlərin təşkili və idarə olunması üzrə biliklərə yiyələnir
- İnvestisiya layihələrinin hazırlanması, qiymətləndirilməsi, qərarların qəbulu və investisiya portfelinin idarə olunması, eləcə də biznesin idarə edilməsi üzrə müvafiq fəaliyyət va metodlar təklif etməyi və planlaşdırmağı, onların qısa və uzunmüddətli nəticələrini təhlil etməyi bacarır.
İxtisasın tədris qrafiki
Fənnin kodu |
Fənnin adı |
Kreditlərin sayı |
|
I kurs |
|||
Payız semestri |
|||
End941 | Xarici dildə işgüzar və akademik kommunikasiya 1 | 5 | |
Tar170 | Azərbaycan tarixi | 5 | |
Ceb281 | Xətti cəbr və riyazi analiz 1 | 4 | |
Eko203 | Iqtisadiyyata giriş | 6 | |
Mmt020 | Mülki müdafiə | 3 | |
Huq050 | AR Konstititsiyası və hüququn əsasları | 3 | |
Com301 | İKT-baza komputer bilikləri 1 | 4 | |
Yaz semestri |
|||
End942 | Xarici dildə işgüzar və akademik kommunikasiya 2 | 5 | |
Ceb282 | Xətti cəbr və riyazi analiz 2 | 4 | |
Com302 | İKT-baza komputer bilikləri 2 | 4 | |
Mik311 | Mikroiqtisadiyyat 1 | 5 | |
Mak271 | Makroiqtisadiyyat 1 | 5 | |
Azd019 | Azərbaycan dilində işgüzar və akademik kommunikasiya | 4 | |
Eko030 | Sahibkarlığın əsasları və biznesə giriş | 3 | |
II kurs |
|||
Payız semestri |
|||
End943 | Xarici dildə işgüzar və akademik kommunikasiya 3 | 5 | |
Mik312 | Mikroiqtisadiyyat 2 | 5 | |
Mak272 | Makroiqtisadiyyat 2 | 5 | |
Sts081 | Ehtimal nəzəriyyəsi və riyazi statistika 1 | 4 | |
Sts251 | Statistika 1 | 5 | |
Bim010 | İnvestisyanın idarəedilməsi | 6 | |
Yaz semestri |
|||
Sts252 | Statistika 2 | 5 | |
Ekm101 | Ekonometrika 1 | 4 | |
Sts082 | Ehtimal nəzəriyyəsi və riyazi statistika 2 | 4 | |
Men300 | Menecment | 7 | |
Mal015 | Dövlət maliyyəsi | 6 | |
Mal020 | Maliyyə bazarları | 4 | |
III kurs |
|||
Payız semestri |
|||
Ekm102 | Ekonometrika 2 | 6 | |
Mal210 | Maliyyə uçotu | 6 | |
Eko036 | Korporativ maliyyə | 6 | |
Mal382 | Vergitutma | 4 | |
Mal451 | Maliyyə menecmenti | 4 | |
Mal030 | Maliyyə risklərinin idarəedilməsi | 4 | |
Yaz semestri |
|||
Mal207 | Maliyyə nəzarəti və audit | 5 | |
Mal412 | Pul, kredit və banklar | 5 | |
Bim015 | Beynəlxalq maliyyə | 4 | |
Eko207 | Sığorta işinin təşkili | 4 | |
Mal204 | Maliyyə təhlili | 6 | |
Eko315 | Milli iqtisadiyyat | 6 | |
VI kurs |
|||
Payız semestri |
|||
Mal450 | Maliyyə hüququ | 4 | |
Mal330 | Qiymət və qiymətləndirmə | 6 | |
Mal420 | Büdcə sistemi | 4 | |
Eko021 | Korporativ sosial məsuliyyət | 4 | |
Bim070 | Beynəlxalq iqtisadi münasibətlər | 6 | |
Eko214 | Gömrük işi | 6 | |
Yaz semestri |
|||
Tec040 | Karyera planlaması | 5 | |
Tec050 | Yumşaq bacarıqlar (Soft skills) | 9 | |
Tec060 | Sərt bacarıqlar (Hard skills) | 10 | |
Tec070 | İstehsalat təcrübəsi/layihə | 6 |