Marketinq

Marketinq

 “Marketinq” ixtisası üzrə təhsil alan tələbələr məzun olarkən aşağıdakı peşə kompetensiyalarına, bilik və bacarıqlara yiyələnir: 

  • Marketinq fəaliyyətinin elmi-nəzəri və konseptual əsaslarına dair biliklərə sahib olur. İdarəetmədəki və təşkilatdakı mövcud problemləri qavrama və həlli yollarını təklif etməklə bağlı biliklərə sahib olur
  • Karyera barədə ilkin anlayışları, karyera inkişaf fəaliyyətlərini, iş müsahibəsinə hazırlıq prosedurlarını və müsahibə texnikalarını bilir, karyera yol xəritəsinin tərtib olunması və texnikaları, iradə, motivasiya va pozitiv düşüncə, işgüzar etika, iş axtarma strategiyaları, eləcə də iş üçün müraciət qaydalarını bilir
  • Kreativ düşüncə tərzi əsasında müştərilərin ehtiyac və tələbatlarının daha yüksək səviyyədə və yeni texnologiya istifadə etməklə ödənilməsini bacarır. Marketinq sferasında baş verən dəyişilkləri bilir və onları mənimsəmək xüsusiyyətlərinə sahib olur
  • Bazar mühitini izləməklə həmin mühitdə özünü göstərən marketinq imkanlarını va problemləri aşkara çıxarır, marketinqdən bir vasitə kimi istifadə etməklə müəssisənin rəqabət üstünlüyünün təmin edilməsi və ona nail olma qabiliyyətinə malik olur
  • Müəssisənin fəaliyyət göstərdiyi bazara dair geniş spektrli informasiyaları əldə etməklə onları sistemləşdirir. Marketinq büdcəsindəki məhdud vəsaitlərdən istifadə etməklə müəssisənin qarşısında duran məqsədlərə mümkün qədər az xərclərlə nail olmağı bacarır. Marketinq sahəsində taktiki və strateji xarakterli qərarlar qəbul etmək bacarığına yiyələnir
  • İstehlakçılarla səmərəli əlaqələrin qurulması və qorunub saxlanılması üçün elmi düşüncə tərzinə və məharətə malik olur. Şirkətin brend strategiyasını işləyib hazırlamağı texnologiyalarından istifadə etməyi bacarır. Rəqəmsal marketinq va onun effektiv istifadəsi üçün mövcud dünya praktikasına uyğun biliklərə sahib olur.

İxtisasın tədris qrafiki

Fənnin kodu 
Fənnin adı
Kreditlərin sayı
I kurs
Payız semestri
End941 Xarici dildə işgüzar və akademik kommunikasiya 1 5
Tar170 Azərbaycan tarixi  5
Ceb281 Xətti cəbr və riyazi analiz 1 4
Eko203 Iqtisadiyyata giriş 6
Mmt020 Mülki müdafiə  3
Huq050 AR Konstititsiyası və hüququn əsasları 3
Com301 İKT-baza komputer bilikləri 1 4
Yaz semestri
End942 Xarici dildə işgüzar və akademik kommunikasiya 2 5
Ceb282 Xətti cəbr və riyazi analiz 2 4
Com302 İKT-baza komputer bilikləri 2 4
Mik311 Mikroiqtisadiyyat 1 5
Mak271 Makroiqtisadiyyat 1 5
Azd019 Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 4
Eko030 Sahibkarlığın əsasları və biznesə giriş 3
II kurs
Payız semestri
End943 Xarici dildə işgüzar və akademik kommunikasiya 3 5
Mik312 Mikroiqtisadiyyat 2 5
Mak272 Makroiqtisadiyyat 2 5
Sts081 Ehtimal nəzəriyyəsi və riyazi statistika 1 4
Sts251 Statistika 1 5
Eko031 Reklam işi 6
Yaz semestri
Sts252 Statistika 2 5
Ekm101 Ekonometrika1 4
Sts082 Ehtimal nəzəriyyəsi və riyazi statistika 2 4
Men300 Menecment 7
Mal300 Marketinq 6
Mal284 Marketinq tədqiqatları 4
III kurs
Payız semestri
Eko018 İstehlakçı davranışları 6
Ekm102 Ekonometrika 2 6
Eko405 Strateji marketinq 4
Eko025 Satışın idarə edilməsi  4
Mal285 Pərakəndə ticarət marketinqi 4
Mal286 Rəqəmsal marketinq 6
Yaz semestri
Mal287 Marketinq kommunikasiya sistemi 5
Eko276 Logistika 5
Mal288 Xidmət sahələrinin marketinqi 4
Mal289 İstehlak bazarının idarə edilməsi 4
Eko415 İstehsalın təşkili 6
Eko420 Antiböhranlı idarəetmə 6
VI kurs
Payız semestri
Eko755 Standartlaşdırma və sertifikasiya 6
Mal330 Qiymət və qiymətləndirmə 6
Bid010 Biznes plan 4
Bim030 Dünya bazar konyukturasının öyrənilməsi və proqnozlaşdırılması 6
Mar035 Əməliyyat marketinqi 4
Bim020 Münaqişələrin idarə edilməsi 4
Yaz semestri
Tec040 Karyera planlaması  5
Tec050 Yumşaq bacarıqlar (Soft skills) 9
Tec060 Sərt bacarıqlar (Hard skills) 10
Tec070 İstehsalat təcrübəsi/layihə 6