Sosial iş
“Sosial iş” ixtisası üzrə təhsil alan tələbələr məzun olarkən aşağıdakı peşə kompetensiyalarına, bilik və bacarıqlara yiyələnir:
- Sosial işin əsas nəzəriyyələrinin və konsepsiyalarının inkişafının müasir tendensiyalarını, bir elm sahəsi kimi səciyyəvi cəhətlərini və predmetini bilir.
- Müxtəlif yaş qruplarına malik insanlarla sosial işin xüsusiyyətlərini anlayır və onu tətbiq etməyi bacarır.
- Sosial qrupların tədqiqinin metodoloji tərəflərini, qruplararası münasibətlərin idarə olunmasının psixoloji məsələlərini bilir.
- Fərdlər, ailələr, qruplar, təşkilatlar və icmalarla işi təşkil etməyi, sosial problemlərin xüsusiyyətlərinin aşkar edilmasi üçün tədqiqat hazırlamağı və həyata keçirməyi bilir, müxtəlif proqramlardan istifadə edərək informasiya toplaya və sonra bu informasiyanı təhlil etməyi bacarır.
- İnsan davranışına təsir etmək üçün fəaliyyət planı hazırlayır. Müxtəlif yaş dövrlərində şəxsiyyətin formalaşmasının xüsusiyyətlərini bilr.
- Sosial layihələr hazırlamağı, onları qiymətləndirməyi bacarır, sosial yardım və müavinətləri meyarlara uyğun təyin edə və hesablaya bilir.
- Sosial yardım agentliyinin idarəediməsinin prinsip, qayda va metodlarını bilir, fiziki va psixi məhdudiyyətləri olan insanlarla işləməyi bacarır.
- Prinsipial qərarlar qəbul etmək üçün etik əsaslandırma strategiyalarını sosial ədalətli planlaşdırma və müdaxilələrin inkişafına rəhbərlik etmək üçün kliyent qrupunun təzyiq, ayrı-seçkilik va tarixi travma təsiri haqqında biliklərdən istifadə edə bilir, yardım prosesində aydın va rasional məqsədlər formalaşdırmaq üçün kliyent ilə səmərəli ünsiyyət qurmağı və əməkdaşlıq etməyi bacarır.
- Sosial, iqtisadi ve ekoloji ədalət anlayışlarını fərdi va sistem səviyyələrində insan hüquqlarını müdafiə etmək üçün tətbiq etməyi bacarır. Yüksək riskli terapevtik qrup işini superviziya vasitəsilə fasilitasiya edir, fövqəladə hallarda həyatın fəaliyyətini, mülki müdafiə üzrə məşgələlərə hazırlığın metodikasını bilir.
İxtisasın tədris qrafiki
Fənnin kodu |
Fənnin adı |
Kreditlərin sayı |
|
I kurs |
|||
Payız semestri |
|||
End941 | Xarici dildə işgüzar və akademik kommunikasiya 1 | 6 | |
Tar170 | Azərbaycan tarixi | 5 | |
Sos100 | Sosial işə giriş | 6 | |
Com144 | İnformatika | 4 | |
Mmt020 | Mülki müdafiə | 3 | |
Sos121 | Sosial işin nəzəriyyəsi və təcrübəsi 1 | 6 | |
Yaz semestri |
|||
End942 | Xarici dildə işgüzar və akademik kommunikasiya 2 | 5 | |
Azd019 | Azərbaycan dilində işgüzar və akademik kommunikasiya | 4 | |
Huq050 | AR Konstititsiyası və hüququn əsasları | 3 | |
Sos160 | Azərbaycanda sosial yardım sistemi | 6 | |
Sos216 | Sosiologiya | 4 | |
Sos122 | Sosial işin nəzəriyyəsi və təcrübəsi 2 | 5 | |
Met250 | Multukulturalizmə giriş | 3 | |
II kurs |
|||
Payız semestri |
|||
End943 | Xarici dildə işgüzar və akademik kommunikasiya 3 | 4 | |
Sos140 | Fərdlər, qruplar və ailələrlə sosial iş | 6 | |
Sos230 | Sosial iş təcrübəsində etik prinsiplər | 6 | |
Pol100 | Sosial siyasət | 5 | |
Sos131 | Sosial işdə tədqiqat metodları 1 | 4 | |
Sos150 | Sosial proqramlar və xidmətlər | 5 | |
Yaz semestri |
|||
Psx071 | Psixologiya | 4 | |
Psx130 | Psixi sağlamlıq | 6 | |
Riy221 | Sosial işdə riyazi metodlar | 4 | |
Met370 | Defektologiya | 6 | |
Sos132 | Sosial işdə tədqiqat metodları 2 | 5 | |
Sos210 | Sosial işdə idarəetmə | 5 | |
III kurs |
|||
Payız semestri |
|||
Sos180 | Sosial psixologiya | 6 | |
Sos190 | Sosial pedaqogika | 5 | |
Met380 | Neyrobiologiya | 4 | |
Sos090 | Sosial statistika | 4 | |
Men041 | Keys menecment | 6 | |
Sos220 | Qloballaşma və beynəlxalq sosial iş | 5 | |
Yaz semestri |
|||
Sos310 | Müasir dövrün sosial problemləri | 6 | |
Sos080 | Sosial işin hüquqi əsasları | 5 | |
Sos290 | Narkotik maddələr, spirtli içkilər və siqaretdən asılılıq | 5 | |
Sos240 | Əlilliyi olan insanlarla sosial iş | 5 | |
Sos250 | Qaçqın və məcburi köçkünlərlə sosial iş | 5 | |
Sos300 | Uşaq və yeniyetmələrlə sosial iş | 4 | |
VI kurs |
|||
Payız semestri |
|||
Sos070 | Ailə institutu və sosial iş | 5 | |
Sos020 | Əmək bazarı və əhalinin məşğulluğu | 5 | |
Sos060 | Sosial işin iqtisadi əsasları | 5 | |
Sos050 | Sosial dövlətin və vətəndaş cəmiyyətinin əsasları | 5 | |
Sos040 | Sosial səhiyyənin əsasları | 5 | |
Sos030 | Palliativ yardım | 5 | |
Yaz semestri |
|||
Tec040 | Karyera planlaması | 5 | |
Tec050 | Yumşaq bacarıqlar (Soft skills) | 9 | |
Tec060 | Sərt bacarıqlar (Hard skills) | 10 | |
Tec070 | İstehsalat təcrübəsi/Layihə | 6 |