Regionşünaslıq və iqtisadiyyat fakültəsi

Image
Image

Fakültə təhsil müəsissəsinin fəaliyyətə başladığı vaxtdan yaradılmış, 2012-ci ilə qədər müxtəlif illərdə “Beynəlxalq münasibətlər”, “Tətbiqi elmlər və iqtisadiyyat” adı ilə fəaliyyət göstərmişdir. 2012-ci ildən “Regionşünaslıq və iqtisadiyyat” adı ilə fəaliyyət göstərir.

Fakültədə ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində kadr hazırlığı aparılır.

Yazının davamı

Bakalavriat səviyyəsi. Hazırda bakalavriat səviyyəsində “Beynəlxalq münasibətlər”, “Regionşünaslıq (ABŞ və Kanada)”, “Regionşünaslıq (Avropa ölkələri)”, “Regionşünaslıq (Yaxın və Orta Şərq)”, “Biznesin idarə edilməsi”, “Dövlət və bələdiyyə idarəetməsi”, “ İqtisadiyyat”, “Maliyyə”, “Marketinq”, “Mühasibat” “İnformasiya texnologiyaları”, “Sosial iş”, “Turizm işinin təşkili” , “Turizm və otelçilik” , “Kommersiya” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.

Magistratura səviyyəsi. Hazırda magistratura səviyyəsində “Regionşünaslıq” ixtisasının “Regionşünaslıq (ABŞ və Kanada)”, “Regionşünaslıq (Avropa ölkələri)”. “Beynəlxalq münasibətlər” ixtisasının “Beynəlxalq münasibətlər və diplomatiya”, “İqtisadiyyat” ixtisasının “İqtisadi kibernetika”, “Turizmin iqtisadiyyatı (İtaliya Respublikasının Genuya Universiteti ilə birgə proqram əsasında ikili diplom layihəsi)”, “İqtisadiyyatın hüquqi tənzimlənməsi”, “Makroiqtisadi siyasət”, “Biznesin idarə edilməsi” ixtisasının “Biznesin inzibatçılığı” , “Biznesin idarə edilməsi” MBA proqramının “Biznesin təşkili və idarə edilməsi (maliyyə üzrə)”, “ Biznesin təşkili və idarə edilməsi (audit üzrə)”, “Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu üzrə)” ixtisaslaşmaları üzrə kadr hazırlığı həyata keçirilir.

Doktorantura səviyyəsi. Fakültədə doktorantura səviyyəsində yüksək ixtisaslı kadr hazırlığı fəlsəfə doktoru proqramı üzrə aparılır. Hazırda doktorantura səviyyəsində aşağıdakıkı elm sahələri və elmi ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir:

53 - İqtisad elmləri

  • 5302.01 Ekonometriya: iqtisadi statistika
  • 5308.01 Ümumi iqtisadiyyat
  • 5312.01 Sahə iqtisadiyyatı

59 – Siyasi elmlər

  • 5901.01 Beynəlxalq münasibətlər
  • 5904.01 Siyasi institutlar və sistemlər
  • 5908.01 Siyasi nəzəriyyə

Təhsil əyani, qiyabi təhsilalma formaları və dissertantura üzrə həyata keçirilir.

Fakültənin kafedraları. Fakültənin tərkibində 3 kafedra fəaliyyət göstərir: “Humanitar fənlər və regionşünaslıq”, “İqtisadiyyat və idarəetmə” və “Riyaziyyat və İKT” kafedrası

Fakultənin nəzdində beynəlxalq münasibətlər, regionşünaslıq, informasiya texnologiyaları, iqtisadiyyat ixtisasları üzrə lobaratoriyalar fəaliyyət göstərir.

Kafedralar

İxtisaslar


0

Tələbə

0

Müəllim

0

Fənlər

0

Məzun

Fakültəmizin əməkdaşları

Image

Mütəllim Qara oğlu Rəhimov

Dekan, f.e.n., dosent

Image

Nərmin Vidadi qızı Sayadlı

Akademik məsləhətçi
Image

Aysu Nəsib qızı Zeynalova

Akademik məsləhətçi
Image

Firuzə Elxan qızı Quliyeva

Böyük laborant